Malkolm X
Gülzarə Hüseynova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 16:49 19 noyabr 2015 tarixində əlavə olunmuşdur

Amerikalı siyasi xadim Malkolm Litl (Malkolm X) 19 may 1925-ci ildə anadan olub. Onun atası Erl Litl rahib olub. Markus Qarveyin qurduğu Dünya Zənciləri Həmrəyliyi Birliyi cəmiyyətinin üzvü olaraq, həmin cəmiyyət uğrunda həyatını qurban verib. Həmin cəmiyyətin əsas məqsədi Amerikadakı, həmçinin bütün dünyadakı zənciləri öz doğma vətəni olan Afrikaya qaytarmaq və orada yaşamalarını təmin etməkdən ibarət idi. Buna görə də Malkolmun atası getdiyi bütün tədbirlərdə, məclislərdə bu cəmiyyətin məqsədini oradakı insanlara çatdırmağa çalışırdı. İnsanlar tərəfindən həmişə əzilən zəncilər bu cəmiyyətin aşıladığı fikirlərə inanmağa başlamışdı. Zəncilər getdikcə güclənirdi, təbii olaraq onlara qarşı görülən tədbirlər də genişləndirilirdi. Malkolmun ailəsi xəbərdarlıqlar və evdən çıxarılma cəhdləri ucbatından evlərini dəyişməli oldu. Bir gün yol kənarında onun atasının vəhşicəsinə parçalanmış meyiti tapıldı. Ailənin yükü anasının çiyinlərinə yükləndi və o, gecə-gündüz işləməyə məcbur oldu. Ağ dərililər belə acınacaqlı vəziyyətdə, anaya tez-tez yardım təklif edir, uşaqları başqa ailələrə verib yükünü azaltmağa çalışırdılar. Əvvəllər anası buna razı olmurdu, lakin sonradan taqəti tükəndi və öz övladlarından ayrılmağa məcbur oldu. 

Malkolm verildiyi ailədə çox sevilirdi, ona mehribanlıqla rəftar etdikləri üçün o da yeni ailəsini sevməyə başlamışdı. Lakin bu xoşbəxtlik uzun çəkmədi. Malkolm yeni ailəsindən də alınıb uşaq evinə verildi. Burada da zənci olduğu üçün ona xor baxdılar. Az müddət sonra Malkom buradan da ayrıldı. 

Malkolm küçə uşağına çevrildi. Özünə dəstə yaratdı və bu dəstə ev soymaqda idi. Çox çəkmədən Malkolm həbsxanaya düşməli oldu. Həbsxana illərində yanına gəlib-gedən qardaşının "İslami Nemətlər Cəmiyyəti"nin lideri olan Elijah Məhəmməd haqqında danışdıqları Malkolmun ona bağlanmasına gətirib çıxarmışdı. Qardaşından eşitdikləri ilə özlüyündə , zəncilərin müəyyən çərçivə daxilində Elijah Məhəmmədin başçılığı altında həyatlarını davam etdirdiyini yəqin etmişdi. Elijah Məhəmməd isə onların savadsızlığından istifadə edərək, hətta özünü Allahın elçisi kimi qələmə vermişdi. 

Həbsxanadan çıxan kimi Malkolm ozünü Elijah Məhəmmədin məbədinə yetirdi. Onun ağlı və fəal davranışları Elijahın onu özünə vəkil təyin etməsi ilə nəticələndi. Elijah iştirak edə bilməyəcəyi iclaslara Malkolmu göndərir, özü getdiyi tədbirlərə də onu aparırdı. Sonralar Elijah Məhəmmədlə aralarında olan şəxsi problemlər səbəbiylə Malkolm tədricən cəmiyyətdən xaric edilirdi. Buradan xaric olunması Malkolmun Həccə getməyinə fürsət yaratdı. Həcc ziyarətində olarkən dünyanın hər yerindən bura gələn və bir-birlərinə fərq qoymadan bir-birləri ilə xoş rəftar edən insanların mənzərəsini görəndən sonra o, özünə "X" deməyə başladı. Bu mənzərədən sonra Elijah Məhəmməd tərəfindən müəyyən məqsədlər uğrunda necə aldadıldığını bir daha başa düşdü. 

Həccdən qayıdandan sonra onu bəzi məsələlər narahat edirdi, həmin məsələlər arasında müsəlmanların əzilməsi, aşağı təbəqədən bir insan kimi görülməsi vardı. 

Malkolm X güllələnərək qətlə yetirilmişdir. Bu, Elijah Məhəmməd tərəfindən, yaxud da Amerika Təhlükəsizlik işçiləri tərəfindən həyata keçirilmiş ola bilər. O, 39 yaşında olarkən, daha dəqiq desək, 1965-ci ilin 21 fevralında öldürülmüşdür. 

O, İslam Ümməti Partiyasının ilk qurucularındandır, bu partiya Amerikada fəaliyyət göstərir. Amerikada yaşayan müsəlmanlar onu sevgi ilə yad edirlər. 

Noyabr ayının 22-də , yazar.in saytının son bir ay ərzində ən fəal olan müəllifə hədiyyə edəcəyi iki kitabdan biri də məhz Malkolm X haqqında olduğu üçün saytın oxucularına onunla bağlı ətraflı məlumat vermək xoş oldu. 

"Gülzarə Hüseynova" 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0319 saniye