Manat Vs. Dollar
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 23:26 22 fevral 2015 tarixində əlavə olunmuşdur

Bu gün mənə Manatın ölməsi ilə əlaqədar yazı yazmağımı tövsiyyə etdilər. Mən də camaatdan nəyimiz əksikdi, "palaza bürün, ellə sürün" deyərək bu mövzu haqqında yazmaq istədim. 

 

Çoxları manatın ölməyini düşünüb kədərlənirlər. Amma ağıllı adamlar dollar canlanır deyərək işlərindən daha da bərk yapışmağa və irəli doğru addımlamağa başlayacaqlar. Yəni əksər varlanan insanlardan necə varlanmaqlarının səbəbini soruşduqda, "stəkan yarısına kimi boş deyil, yarısına kimi dolu olduğunu görmək lazımdır" deyirlər. Bunu görən adamlardan həmin şansdan lazımınca istifadə edirlər.

 

  Deyə bilərsiniz ki, bəs biz bu halda necə qazana bilərik?! İş burasındadır ki, itirməyi düşünəcəyimiz müddətdə heç cür qazana bilmərik. Əslində məni nə manatın düşməyi, nə də ki, dolların qalxmağı maraqlandırmır. Məni maraqlandıran birdən-birə adi kağız parçası olan dolların istifadəsi dayansa qazanan kim olacaq... 

 

Yəgin ki, bu sualı adi kağız əsginazlar qarşılığında neftini satan Ərəblərdən soruşmaq lazımdır. 

 

İqtisadiyyatımız da günü gündən güclənməkdə davam edir, uzaq görən ölkə başçımızın uzağı görən siyasəti nəticəsində. 

 

Doğurdan da pul əl çirkidi. Bunu əlimizi yumaq üçün pul verib sabun ala bilməyəndə dərk edəcəyik. Sabunu neyləyirik?! Köpüklənməyi bacaran insanlar çoxdu ətrafımızda. 

 

Əslinsə danışdıqca danışmaq olar bu haqqda. Amma düşünürəm ki, bu qədər danışmaq əvəzinə ağlımızı işlədib bir şeylər etsək daha çox xeyir əldə etmiş olarıq. 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+5=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0296 saniye