Marafon
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 22:45 14 sentyabr 2019 tarixində əlavə olunmuşdur

       Vaxt itkisi düşüncəsi heç kəsin hələ ağlından keçməmişdi. Çünki təlaşdan tir-tir əsən ürəklər, iri gözlər irəlidəki mənzərəni seyr edirdi. Orada guya, rəvayətlərdə qan görünməsin deyə qırmızı forma, topuzdan dizinə kimi bürünclü sipər, başını görünməz şəkildə tam örtmüş dəbilqə, əldə nizə və dəhşətli “hoplom” qalxanı güzü qırpmağa imkan vermirdi. Düşməninə baxar bu döyüşçülərdən bəziləri arxaya atdımladılar, bəzilərin qılıncından tər axdı, bəziləri  xatirə kitabını son dəfə vərəqlədilər, bəziləri isə axırıncı dəfə yanaqlarında göz yaşını duydular. Görünür birinci Dara da müharibəni elan etmək də çətinlik çəkirdi. Lakin  bu “hoplom” adlanan, üzərində qıpqırmızı “V” işarəsi parıldayan qalxanı tutan spartalılara qarşı içi parçalanırdı. Nə olursa olsun torpaqlar onun olacaq. Hücum etməyin tam vaxtıdır. 
         Bir anda hər kəs ucadan bağırdı və iti addımlarla irələdilər. Qılınclar açıldı, təlaş dalğası artdı. Lakin gördüyümüz kimi bir nəfər bunun qarşısını almaq istəyir. Buna görə qaçan bu fars ordusunun sırasını pozub arxaya çevrildi. Xeyir, xeyir o ölmək istəmirdi. O yaşamaq, hər şeydən həzz almağı diləyirdi. Müharibənin qurbanı olmaq istəmirdi. Buna görə heç nəyə baxmayaraq, hər kəsi itələyərək arxaya qaçırdı. Qulaq batırıcı çığırmalar,  zərbələr, cəsarətli seçimlərin axırı göründü. Demək ki,  artıq spartalılar fars döyüşçülərini bu dünyadan silməyə başladılar. Qəflətən bir əhəməni onun yaxasından tutdu: 
-Hara qaçırsan?-deyə çığırdı. Onu ayıtmaq üçün başında bir zərbə endirdi. Lakin göründüyü kimi endirilən ağrı, qəlbdəki qorxu qədər acı deyil. Gözlərindən təlaş sezilər həmin döyüşçü onu itələdi və bağırdı. 
-Mən yaşamaq istəyirəm. 
Cəld arxaya, yolunu davam etməyə başladı. Döyüşçülər ona çırpınsalarda bu onu heç narahat etmirdi. Lakin düşüncələrini toplayıb bu sıradan çıxmaq fikrinə gəldi. Sağa sarı qaçış səmtini dəyişdi. Lakin neçə oldusa sinəsinə kəskin bir ağrı çökdü. Daha sonra dilinə acı bir hiss bağışlayan dad gəldi. Gözlərini sinəsinə apardı və bu an orada farsın doğma qılıncını gördü. Qılınc dərinə salandığı üçün əsirdi. Onun gümüşü hissəsini tünd-qırmızı su yol çəkdi. Sonra isə damcı-damcı torpağa yayıldı. Gözlərini qaldıranda  sifətində qurumuş mətəl  ifadəni gördü. 
       Bir növ cəhənnəmin içində mənəvi cəhətdən yanırdın. Çünki bilirdim ki, hər an diqqətsizlikdən həyatınla vidalaşa bilərdin. Əlində nizə deyil qılınc tutan biri qayanın arxasında qulaqlarını tutub özünü sakitləşdirirdi. Xeyir, bu əhəməni döyüşçüsü heç də gizlənmək üçün bura da deyildir. Sadəcə meydana çıxmazdan əvvəl özünə gəlməli idi. 
-Mən hamıdan güclüyəm. Spartalılar heç kimdilər. Atam düz deyir. Heç kəsdən gizlənmək olmaz, yalnız öldürüb qalib gəlmək. Ən böyük şərəf spartalını öldürməkdir. Döyüşü qalib gəlməkdir. 
     O yavaş-yavaş ayağa qalxdı. Gördüyü mənzərə heç bir dəhşətlə müqayisə oluna bilməz. Spartalılar qarışqalar kimi hər yeri əhatə edib, qan tökür. Yanlız onların belə ucadan, qalın səsi ətrafı almışdı. Hər bağırtıda bir kəs ölür, onun nizəsinə tuş gəlirdi. Onların forması artıq qırmızı rəngin tünd çaları idi. Yaxınlıqda bir yunanlı düşmənini öz hücumu ilə təkərə salmışdı. Bayaqda qayanın yanında donmuş bu insan qılıncını sıxdı və bağıraraq onun üstünə qaçdı. Qılınc göyə qalxdı, lakin spartalı qalxanı ilə özünü müdafiə etdi. Daha sonra nizə irəli uzandı və qılınc bir zərbəsi ilə onu parçaladı. İranlının gözləri onun üz ifadəsinə sataşdı. İnsanı yaradanda ona verilən mərhəmətin heç bir parçası onda mövcud deyildi. Qara gözlər, çatmış qaşlar, kirli, tərli və qanlı üzü onu bir vəhşi kimi  səciyyələndirdi. Məgər insan belə birinə çevrilə bilərmi? Ya da o insan adını qazanmamış bir canlı idi. O qışqırıb, qalxanı ilə düşməni vurdu. Bu vaxta qədər onun üz cizgilərini seyr edən iranlı 1 metr arxaya yıxıldı. Zərbədən və seyr etdiyindən hələdə özünə gələ bilmirdi. Lakin o atasının arzuladığı kimi olacaq. Gözlərini açıb qalxmaq istəyirdi ki, səmanı deyil, Allahın yatatdığı bəndəni gördü. O-sapartalı nizəni onun boğazına sancdı. Nəfəs kəsilən qədər batırdı. Düzü, fars döyüşçüsü, nəinki,,atasının arzusunu geçəkləşdirmədi, həmçinin son gördüyü daxilən ölmüş insan idi. 
          Göy də qanad açmış canlı, dimdiyində hələ də silkələnən həşəratı aparırdı. Ağ və saf  duyğu bağışlayan buludlar onu sakitləşdirirdi. Lakin qəflətən əsrarəngiz məkən onu əhatəyə almaqdan daşındı. Artıq quşun gözləri Marafon düzünü seyr etməyə başladı. Cəsarətli sərkərdələr vuruşmağ da, cəsadlər isə yerdə çürümə də idilər. Bir anlıq quşun ağlından Bir fikir keçdi. Bu vəhşilik nəyə lazım? Həqiqətəndə qalib gəlmək üçün torpağı qara rəngə boyamaq buna layiqdirmi? Yuxarıdan bu gözlər spartalıların “falanqa” adlanan dəstə şəklində vuruşduğunu görürdü. Sıx cərgəyə düzülən bir neçə döyüşçü ,tək-tək, durub-qalan, heç bir strategiyası mövcud olmayan fars döyüşçülərinin üzərinə hücum etdilər. Bir anlıq kəskin bir səs vızıldadı. Əvvəlcə parça kəsildi, sonra dəri daha içəri basıldı, sonda hüceyrələr bir-birindən ayrılıb, sevmədikləri qırmızı mayeni xaricə buraxdılar. Beləliklə Sparta nizəsi bir neçə nəfəri birdən o dünyaya göndərdi. Lakin  bir iranlının qalib gəlməyə inamı yüksək idi. O sevincək, əlində qan mayesi ilə bəzədilmiş qılıncını yelləyirdi. 
-Birini də öldürəcəm, -deyə irələyib döyüşən bir yunanlının yanına gəldi. Düşmən onun yaxın dostunu yaralayırdı. O isə qılıncını onun onurğa sütununa iti sürətlə saldı. Spartalı bağırmaq istəyirdi ki, nəfəsi buna imkan vermədi. Onun səsi kağız kimi qırıldı. Yavaş-yavaş diz çöküb, cansız tərzdə yerə yıxıldı. 
     Fars döyüşçüsü daxilən xoşbəxt idi. O, onu öldürmüşdü… O insanı öldürdüyü üçün xoşbəxt idi. Necə də zəif bir güc. Qan tökməklə səadət qazanmaq... Bıçaqdan ala-qırmızı qan damcıları tökərək, irəlidəki spartalının üzərinə atıldı. Onun başındaki dəbilqəyə zərbə endirdi.  Zingiltili ahəng öz bağırtısını xaricə buraxdı. Fars əsgəri dəhşətlə arxaya keçib, çevirmiş, vahiməli sifəti seyr etməyə başladı. Döyüşçünün bir anda olsa yunanlıya qarşı qorxusu yaranmadı. Gümüşü qılıncı səmaya tərəf qaldırıldı və aşağı enərək düşmənin körpücük sümüyünə basıldı. Tünd-qara rəngə bənzər su qolun rəngini tamam dəyişdi. Sanki ağ kağızı kirli rəngə bulaşdırıblar. Bu maye adı qədər acı, özü qədər iztirablı duyğu bağışlayırdı. Lakin bu ağrının qurbanı heç də təslim olmaq fikrində deyildi. Onun gözləri olduğu kimi bərq vururdu. Bu yunanlı minlərlə canlını qətlə yetirib, minlərlə yaraya tuş gəlib və nəticədə özünlə fəxr edib,  ya da onunla fəxr ediblər. Məgər o hər hansı bir farsa mərhəmət göstərəcəkmi? Yunanlı yaş silahı ovcunda yırğaladı. Sürüşkən olmasının önəmli cəhəti qoldan damcılayan yağlı suyun, açıq rəngli, ağac parçasından düzəlmiş nizənin üzərinə yayılmasıdır. Əl nizəni sıxdıqca qan barmaqların arasından sızıldayırdı. Yarı sümüyü qırılmış bu şəxs qolunu qaldırıb gücsüz tərzdə  hücüm etdi. Fars əsgəri isə astaca qırağı çəkilib, sərxoştək, qolundan çay kimi qan axan ,  yerə tərəf əyilmiş yunanlıya baxdı . O, bu mənzərədən həzz alırdı. Çünki həmişə onun qulağına pıçıldamışdılar: “Düşməni öldürmək, onun zəif olduğunu görmək ən böyük gücdür. Müharibələr aparmaq, qalib gəlmək isə ən böyük müvəffəqiyyətdir”. Necə oldusu yerdə sürünən, gücünü getdikcə itirən yunanlı astaca qalxdı. Fars döyüşçüsü onun yarı yumulu gözlərinə baxaraq anladı ki, onu öldürmək iqtidarındadır. Qəflətən yan tərəfdən dilə turş, ürəyə acı bir dad verən qan onun gözlərinə sıçradı. Hətta onun dostunun qanı əhəmənlinin gözlərini yandırdı. Əli ilə gözünü ovucladı. Sanki qan bəbəklərinə yapışmışdı. Axır ki, gözlərini açıb, qaşlarını çatdı. Lakin artıq gec idi… 
         Ölü vəziyyətə düşmüş yunanlı diz üstə oturmuş tərzdə uzun nizəsini onun qarnına saldı. Əhəməni döyüşçüsünün  hirsli qaçları və gözləri qaçdı. Onlar heyrətlə əvəzləndi. Yunanlı dizlərini tünd torpağa sürtərək ona tərəf irələdikcə  nizə daha da dərinə basılıb, digər tərəfdən çıxırdı. Son anda ağzından, çənəsindən qırmızı su axan fars döyüşçüsü yerə diz çökdü. Yunanlı lap yaxınlaşıb, kirli, sınıx əli ilə onun başını tutdu və öz alnına toxundurdu. Bu zaman iri qanadlı, ağzından nə isə çeynəyən qocaman bir quş onların ətrafındakı cənazənin üstünə oturdu. Onun üfunətli qoxusu quşun əzablı düşüncəsini heç cür pozmazdı. Bu iki nəfərdən bəbəkləri çəkilmirdi: 
-Axı başa düşmürəm bunların ikisi də insandır. Bəs niyə döyüşürlər? Niyə bir-birini öldürülər? Bunu nə üçün edirlər? Dəfələrlə bu hadisə ilə rastlaşmışam. Axı nə zaman səhvlərini alnayıb eyni yoldan keçməyəcəklər…-deyə qanadlarını çırparaq onları son dəfə seyr edirdi. Qəflətən yunanlının sinəsi tərpənməz oldu, iranlının gözləri isə artıq titrəmirdi. Hər iki döyüşçü son anda yarpaq kimi torpağa uzandı…


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+31=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
alishlychinara@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.04 saniye