maraqlı
Karim Huseynzade tərəfindən "Hekayə" bolməsinə 22:36 14 aprel 2014 tarixində əlavə olunmuşdur

Məşhur müsəlman alimi Şeyx Abbas Qummi Nəcəfdə təhsil alıb vətəninə qayıtdıqdan sonra bir kitab yazır, amma təvazökarlığından kitabda öz adını qeyd etmir. Kitab nəşr olunduqdan sonra Şeyx Abbasın yaşadığı şəhərdə də camaat tərəfindən oxunmağa başlayır. Məşhur vaizlərdən biri hər gün zöhr namazından əvvəl həmin kitabdan camaat üçün oxuyurmuş. Şeyxin atası da moizələrin daimi dinləyicilərindən imiş.

Bir gün Şeyx Abbasın atası namazdan sonra evə gəlib oğluna deyir: ?Oğlum, arzum budur, kaş sən də çoxlu elm oxuyub minbərə çıxaydın, bu gün mollanın oxuduğu kitabı minbər üstündən camaata oxuyaydın, mən də baxıb səninlə fəxr edəydim?. Şeyx Abbas Qumminin təvazökarlığı o qədər idi ki, atasının bu sözündən sonra da kitabın müəllifinin özü olduğunu söyləmir.


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+35=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0278 saniye