Markezin qeyri-adi bacarığı
Vüsal Məmmədzadə tərəfindən "Məşhurlar" bolməsinə 17:00 08 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Yəqin, çoxunuz Qabriel Qarsiya Markezi tanıyırsınız... Bəli, “Yüz ilin tənhalığı” əsərinin müəllifini deyirəm. Onun həyatı haqqında maraqlananlar onun peşəkar jurnalist kimi də fəaliyyət göstərdiyini yaxşı bilirlər. Ümumiyyətlə, Markezin bir neçə bacarığı olub. O, özünü bir çox peşələrdə sınamağa çalışıb. Müsahibələrinin birində rejissor olmaq istədiyini, lakin rejissor kimi doğulmadığı üçün bunu heç vaxt bacarmayacağını deyən dünya şöhrətli yazıçının qeyri-adi bir bacarığı diqqət çəkir. Divar rəngləmək...

Markezin evində balaca bir otağı var imiş. O, həmişə bu otağa girər və bütün yazılarını bu otaqda yazarmış. Otağın bağa açılan qapısını və divarlarını rəngləmək isə onu ilhamlandıran əsas məşğuliyyət imiş. Markez müsahibəsində deyir: “Özümə 8 saatlıq iş rejimi müəyyən etmişəm. Bu müddətdə özümü evin digər hissələrindən təcrid edirəm. Otağın qapısını rəngləyəndə beynimdəki qarışıq fikirlər cümlələrə çevrilir və mən onları rahatlıqla qələmə alıram”.

Markezin sözlərinə görə, o, ən yaxşı halda günə 1 səhifə yazırmış. Bəzən isə 8 saat ərzində 1 cümlə ilə kifayətlənməli olurmuş.

Tərcümə: Vüsal Məmmədzadə


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
2+35=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0213 saniye