Marqaret Tetçer aforizmləri
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 21:32 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

Deməzdim ki, bəxtim gətirdi. Bütün həyatımı atama borcluyam. Maraqlıdır ki, balaca şəhərin kübar bir ailəsində öyrəndiklərim mənə seçkilərdə qələbə gətirdi.

İngiltərənin ehtiyacı – dəmir ledidir.

Məni tənqid edən insanlar mənim Temzanın dalğalarında necə addımlamağımı görsələr, deyərdilər ki, o, üzə bilmədiyi üçün belə edir.

Bu günün İngiltərəsində “Marks və Spenser” (məşhur geyim istehsalçısı – G.Ə) Marks və Engelsə qalib gəlib.

Kiminsə haqqında fikir bildirmək üçün mənə on dəqiqə lazımdır. Ən qəribəsi odur ki, fikrim sonralar da sabit qalır.

Məncə, konsensus – öz prinsip, dəyər və strategiyandan imtina prossesidir. Heç kimin inanmadığı və heç kimin mübarizə aparmadığı bir şeydir.

Əlbəttə, bayağılıq var. Onlar həqiqəti əks etdirmək üçün mövcuddurlar. Qalibiyyət ehtirası hamımızın içində var. Qalibiyyət – məşqə, qalibiyyət üsulu isə ləyaqətə bağlıdır.

Əgər mən tək 48 nəfərə qarşı gedəcəmsə, həmin 48 nəfərə yazığım gəlir.

Amerika – yeni İsraildir. Onu müqəddəslər yarada bilmədilər, əgər yaratsaydılar, çətin ki ora dirçələrdi.

Cəmiyyət anlayışı yoxdur. Var – kişilər, qadınlar və ailələr.

İngiltərənin çoxdankı yaralarını sosializmlə sağaltmağa çalışmaq – leykemiyanı zəli ilə müalicə etməyə oxşayır.

Evi idarə etməyin çətinliklərini bilən qadın ölkəni idarə etməyin də çətinliklərini bilər.

Qadın öz xarakterini göstərəndə “ləçər” deyirlər, kişi göstərəndə “yaxşı oğlan”.

Keçmiş Sovet dissidenti Vladimir Bukovski bir dəfə rus atalar sözünü — “yumurtanı qırmamış qayğanaq bişirmək olmaz” – xatırladaraq demişdi ki, o həyatında qırılan yumurtalar çox görüb, amma hələ qayğanaq dadmayıb.

Bu gün qadınların özlərini sübut etmək üçün xeyli imkanlar yaranıb; aramızda prezident olanları da var. Məncə, qadınlara çanta daha çox yaraşır, nəyinki süngər.

Hamımız nə vaxtsa nənə olmağa məcbur olacağıq.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+29=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.028 saniye