Marsın sirli üzü – Sidoniya
Vüsal Məmmədzadə tərəfindən "Elmi məqalə" bolməsinə 14:38 06 sentyabr 2014 tarixində əlavə olunmuşdur

1976-cı ilin 25 iyulunda Marsın şəkillərini çəkmək üçün göndərilmiş “Viking 1” aparatının göndərdiyi fotoşəkil hamını heyrətə saldı. Fotoşəkildə insan sifəti təsvir olunmuşdu...

Çox keçmədən böyük müzakirələrə səbəb olan fotoşəkil kosmik aləmdə əsas tədqiqat obyektlərindən birinə çevrildi. Məsələ üzərində ən çox “baş sındıran” isə Riçard Hoqland oldu. O, bəzi dostlarının “bu, sadəcə, işıq və kölgənin oyunudur” deməsi ilə razı deyidi. Çünki, Sirli üzün ətrafında piramidalara bənzər tikililər var idi. “Bizim qarşımızda tikililərlə zəngin bir ərazi var. Sirli üzün ətrafı piramidalarla doludur”, - deyən Riçard Hoqland sirli üzün Marsda bir vaxtlar mövcud olmuş sivilizasiya tərəfindən yaradıldığına inanırdı.

Sonralar Sidoniya adı verilən ərazinin tədqiqatı ilk mərhələdə heç bir nəticə vermədi. 1999-cı ildə isə kompüter qrafikasından istifadə edən Tom Dorsi Sidoniyanın 3D fotosunu hazırladı. Bu görüntü ilə Marsın sirli məkanı daha heyrətamiz görünürdü...

 

Sirli üzü kompüterdə simmetrik olaraq iki parçaya ayıran Tom Dorsi əvvəl üzün işıqlı, sonra isə qaranlıq hissəsini güzgü proyeksiyası ilə birləşdirdi. Əldə olunan nəticə tükürpədici idi... İşıqlı üzün əksi insan sifətini, qaranlıq üzün əksi isə şir başını xatırladırdı. Eynən yarı insan, yarı şir olan Sfinks kimi... Sirli üzün də ətrafında piramidaya bənzər tikililər var idi. Eynən Sfinks kimi...

Təbii, çoxları Tom Dorsinin tapıntısını absurd fikirlər kimi qəbul etdilər və Mars səthində heç bir tikintinin olmadığını, piramidaya bənzədilənlərin, sadəcə, küləklərin bir yerə topladığı qum olduğunu qeyd etdilər.

“Viking 1”dən sonra Sidoniya ərazisinin şəkillərini çəkmək mümkün olmayıb. Marsda həyat izləri axtaran NASA isə bunun Sidoniyada olacağına, o qədər də inanmır. 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
Tel.:
(+99451) 247 4104
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0274 saniye