Mart küləkləri
Sən An tərəfindən "Şeir" bolməsinə 18:15 08 may 2014 tarixində əlavə olunmuşdur

mart küləkləri əsir xəfif-xəfif,

pıçıldayır fikirləri qulağıma,

düşünürəm səni yayılırsan otağıma.

 

hər küncdə ,hər bucaqda sən varsan,

səni yığışdıra bilmirəm,

o qədər böyüksən ki,

səni kiçik qəlbimə sığışdıra bilmirəm.

 

aşıb daşırsan gözümdən,yaşa çevrilirsən,

səni görəndə donuram mən,

susuram mən,

qanımda axan bir daşa çevrilirsən.

 

mart küləkləri əsir xəfif-xəfif

sən yaşadığın küçədən gəlib qonur pəncərəmə,

 bir quş kimi.

sənin qoxunu gətirir,

 oyanıram hər səhər ətrindən məst olan bihuş kimi.

 

mart küləkləri əsir xəfif-xəfif

aramızda görünməyən bir sədd çəkib,

həmin o küləklər isti hisslərimə,

sərin bir dərd çəkib.

 

 

mart küləkləri əsir xəfif-xəfif


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+9=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0345 saniye