Masonluğun tarixi
Elnur Əzizov tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 11:49 20 yanvar 2015 tarixində əlavə olunmuşdur

Masonluğun tarixi haqqında müxtəlif məlumatlar mövcuddur.

Tarixi mənbələrdən məlumdur ki, mason ittifaqı XVIII əsrin əvvəllərində azad bənna və ya tikinti birliyindən yaranıb. Daha doğrusu masonluğun tarixi ətrafında çoxlu əfsanə, mif və uydurma rəvayətlər mövcuddur. Ən çox hallarda masonluğun tarixini lap qədim dövrlə əlaqələndirməyə cəhd göstərirlər. 

Bir çoxları masonluğun yaranmasını çar Solomon (Süleyman peyğəmbər) məbədinin tikintisi ilə əlaqələndirirlər. Bir çox tədqiqatçılar masonluğun kökünü pifaqorçuluqda və xristianlıqda axtarırlar. Lakin ən çox həqiqətə uyğun gələn fərziyyə çar Solomonun məbəd tikintisi və tikintiyə rəhbərlik edən Misir kahinlərinin şagirdi Adoniram rəvayətidir.

Yəqin ki, mason sözünün mənası oxucular üçün maraqlıdır. Mason bənna (daş yonan usta)deməkdir. Rəvayətə görə, onlar öz başlanğıcını çar Solomonun məbədinin tikintisindən götürüblər. Bizə gəlib çatanlara inansaq, çar Solomon elə bir əzəmətli məbəd tikdirmək qərarına gəlir ki, həmin məbəd ilahi bilikləri və həqiqəti dərk etmək istəyənlər üçün məbədgah olsun, həm də ilahi bilikləri, həqiqəti nəsildən-nəsilə ötürə bilsin.

Tarixi mənbəyə əsasən həqiqətdə ilk mason lojası 1215-ci ildə Şotlandiyanın Maqdeburq şəhərində yaradılıb. İlk mason ordeni isə 1376-cı ildə Londonda meydana gəlib. Ona görə də Ingiltərə masonluğun beşiyi adlandırılır. Müasir masonluq isə öz əsasını 1717-ci ildə Ingiltərədə fəaliyyət göstərən dörd lojanın birləşib, Ingiltərə "Böyük şərq" lojasının yaradılmasından götürüb. 1717-ci ildə yaradılmış "Böyük Şərq" lojasının təsiri altında vaxt axarı boyu Avropada, Şimali və Cənubi Amerikada, digər ölkələrdə yeni-yeni mason lojaları yaradılıb. Ümumdünya ensiklopediyasının məlumatına əsasən dünya üzrə masonların sayı 30 milyona qədərdir. 

Dünya masonluğunun başında beynəlxalq masonluğun Ali Patriarxı durur.

Ali Patriarxın tabeliyində ali icra orqanı, inzibati, maliyyə, və təbliğat üzrə köməkçiləri mövcuddur. Bunlardan başqa Ali patriarxın nəzdində baş mərkəzi idarələr fəaliyyət göstərir.

Yer kürəsinin səthi 77 əyalətə bölünərək, baş mərkəzi idarələrə tabe edilib.
Baş mərkəzi idarələr Vaşinqtonda, Neapolda və Kəlküttədə yerləşirlər.

 Müəllif: Sultan Məmmədov

"Masonluq: Dünyanı idarə edən qüvvə"


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+15=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0252 saniye