Masturbasiya
Xəyal Hansen tərəfindən "Hekayə" bolməsinə 17:41 17 avqust 2016 tarixində əlavə olunmuşdur

Təxminən 3 il əvvəl qabaq dövlət imtahani vererek 11-illik zəhmətimin hesabina yuksək nəticə gösdərərək ali məktəbə qəbul oldum.11-illik Tanriya dua etdiyim,tanrıyla sohbətə girdiyim bu zaman çərçivəsində tələb etdiyim universitete-Baki Dövlət Universitetinə qəbul olmağa nail oldum..Valideyinlərimin inad etdiyi başqa universitet yox məhz Arzularımdaki universiteti seçdim.İlk dəfə idi ki valideynlərə qarşi çixirdim.Və valideyinlərin uşaqlari haqqinda bir anlayişi var "Ən gözəl komfort həyat",Höte dediyi kimi "Hər bir ata isdeyir ki onun ede bilmədiklərini oğlu həyata keçirsin.Əlbəttə valideynler həmişə öz bayrağini sancdiği yerdən dəfələrlə yüksəyə qaldırmasını və daha komfort həyat sürməsi üçün canın verməyə belə hazırdılar.Əlbəttə bu fikirləri hər bir valideynə şamil etmək olmaz,əgər belə valideynlərə rasd gəlibsinizsə xoşbəxtlik özü qapinizin kandarindadir.Ana isə sevgi sözünün sinonimidir..
Ancaq mən valideynlərə qarşi çixdim.Bəlkə də ən böyük səhvim idi..Ya da ən uğurlu addimim.Ancaq məsələ budur ki valideynlərə qarşi addim atdim. Zahiri səhvim düşünmədən,müzakiresiz atdiğim addim idi..Bu iş isə düşünmək tələb edir...
Universitetə mənə həmişə qaranliq gələn şəhərdə başladim.Bu şəhər qeribəydi sakinləri kimi Bəlkə də fahişə ölkəydi ya da pak..Həm doğma gəlirdi mənə bəzən də tamam yad..Pak beynimə homoseksuallar,lezbianlar,barlar yad gəlirdi,beynimi zorlayirdi...Əvəllər darvazamizdan daxil olan dilənçilər bu şəhərdə metro girişində,çixişinda dilənirdilər..dilənçiləri də yad gəlirdi mənə..Hər şey yad idi..Əvvəl meşədəki dupduru bulaq suyundan içdiyim suyu indi mağazalardan pul qarsiliğinda alib susuzluğumu söndürürdüm..Ancaq zaman məni bu şəhərin sakininə çevirdi.Artiq şəhərliyəm..Zamanla öz dar və sonsuz arzularimin açdiği ciğirla irəliləyirdim...
Zaman irəlilədi,iki il süründü gözümün qarşisinda..Həmişə bu şəhərdə tutduğum bütün evlərdə tək qalirdim,bu da məni bir növ məni təkliyə,öz qaranliğima sürükləyirdi..
2015-ci il 15 oktyabr.Yağişli bir gün..Öz otağimda pəncərədən kuçələrdə yağişdan qorunan insanlari izləyirəm..Çətirim heç vaxd olmayib,almaq da isdəməmişəm.Düzdür 12 yaşim olanda bir saat yağiş altinda islandiğimdan bir ay xəsdə halım da yaddaşimdan çixmayib..Günəşi sevirem,onun qeder yağişi da sevirəm..Buna göre çətirdən nifret edirem eynilə yuxardaki qonşumdan nifert etdiyim kimi.Səs..O səs beynimi zorlayirdi həqiqətən.Heç zəngli saatin səsi onun yaninda kiçik bir şeydir..Bu səsi ilk bu otaqa daşindiğim gündən eşidirem.Hələ də davam edir.22:00.Bax bu zaman o ehtiras dolu çiğirtilar qulaq pərdələrimi deşməyə başlamişdi.Rejimim də bu səbəbə görə deyişilmişdi.Artiq bütün binanin yatdiği geceler mən işimlə-programçiliğla məşğul idim..Gündüzlər isə yatirdim..Ya da elə zaman olur ki heç 24 saati da yatmirdim..Nə səbəbə görese anqirtini eşitdiyim deqiqeden gecələr mənə işgəncə gəlirdi..Bu işgəncədə mən hansisa ticaret firmasi üçün sayt hazirlayirdim..
Qadini izləmişdim.Qadinla bərabər nə kişi görmüş nə də qonşulardan eşitmişdim..Bax o zaman bu anqirtilar nə idi...Həyat yoldaşin görməmişdim olsaydi görerdim.Demək yoxdur.Zənn etdim ki Dul arvaddi və çirkin.Ona görə hər gun eyni vaxdda öz üzərində mastrubasiya edir və bu fikirlər beynimə gələndə seksden iyrenirdim,hər gün rasdlaşdiğim qadinin üzünə baxmadan,salam-sağol etmədən yel kimi yanindan keçməyə də vadar eden bu səslər idi.Ümumiyyətlə niyə gizlədim ki iyrənirdim qadından.Bu stiuasiya o dərəcəyə çatmişdi ki,aşağai mərtəbəyə enəndə rasdlaşdiğimda liftə minməyib,pilləkanlarla düşməyi daha üstün tuturdum.Atdiğim hər addımda qadını söyür və nəhayət qan-tər içində birinci mərtəbəyə düşərək həyətdəki krantdan su çiləyərək yoluma davam edirdim.Düzü çoxgəzəyən deyiləm.Birinci mərtəbəyə düşməyimin səbəbləri bir ədəd çörək,iki yumurta bir də kofe olurdu və bir də həyatda eşqin nə olduğunu mənə anlatdiran o satıcı qadın.Hər dəfə mağazaya yaxinlaşib deqiqələrlə dayanaraq,titrəyə-titrəyə mağazaya daxil olurdum.Hər dəfə satici qadin xəsdəliyimin olub-olmamasi haqqinda uzun-uzadi suallar soruşurdu..Titrədiyimi sezib narahat olduğunu hiss eləyərdim..

Ancaq satıcı qadın gizli-gizli baxışlarımı duysa da yenə laqeyd tərzdə yumurtaları,çöreyi paketləşdirərək mənə təhvil verirdi,mən isə hər dəfəsində əlim əsə-əsə pulları verib,qızarmış halda özümü qapıdan bayıra tullayırdım..Bəlkə də ömrümboyu ilk daddığım ilk eşq idi,ona göre belə haldan-hala düşürdüm.Və təcili 7 -ci mərtəbəyə qalxaraq otağin qapısını açaraq içəriyə daxil olaraq güzgü qarşisinda öz-özümə gülürdüm.Bu da eşqin mənim üzərimdə yaratdiği əcayib vərdiş.Hər dəfə eyni şəkildə eyni sözlərlə,eyni haldan-hala düşmələr..Sonra hər şey unudulur və yuxardakı anqırtı səsləri beynimi büsbütün sirkələyirdi.
Bir gün yenə o hadisə tekrarlandi..Həmin gün ticaret firmasının işi ləğv etmək və qarşiliğinda heç bir məbləğ ödəmədən yox olması mənə sarsitmışdı..Demək olar həmin gün bütün sutka stress altinda oldum...Və axşam yaxinlaşırdı,səslər həmişəki kimi qulaqlarimi tar-mar edirdi..Dözə bilmədim..Və əsəbi halda yuxarı mərtəbəyə tələsdim.Qapını döyəclədim.Bir...iki...üç..ağlamağa qovuşmuş anqirti səsləri..O qeder stress altindaydim ki bir əlimlə qulağımı tutaraq bu zəhrimara qalmiş sesdən mudafiə olunurdum o biri əlimlə qapini döyəcləyirdim.Qapiya vurduğum hər zərbədə əllərimin qapıya toxunmasını,o qadının da əl izləri o qapıda xəyallanırdı,əllərimdən iyrənirdim,10-15 dəqiqə beləcə keçdi.Ancaq ağlayış səsləri bitmək bilmirdi..Artıq yorulmuşdum.Tab gətirə bilmirdim geri döndüm bir iki addim ataraq pilləkanlarla endiyim zaman qapının cirildayaraq açildiğini zənn etdim.Geri döndüm.Qapi açilmişdi,Ancaq kimsə yox idi ..Asta-asta qapıya yaxınlaşdım.....Ancaq bir anlıq qeyri-adi qorxu hissi yarandı məndə.Geri çəkildim və addimlarimi saymağa başladim.Ancaq ireliləmirdim.Nə qeder addim atsam da ireliləmirdim..Bu nə hal idi?Şalvarimi batiracaq hala gəlmişdim.Bu zaman çiynimdə yük hisselədim.Bəli qadin əlləri çiynimə söykənmişdi..Geri çəkilməyə qorxurdum..Çəkilsəm nəsə bədbəxt bir hadise baş verəcəyini düşünürdüm...
-Oğlum?!!-deyə qadın səsləndi..içimdə rahatliq duydum.Artiq geriyə dönə bilərdim.Artiq qorxu yox idi.Və döndüm
Qarşimda bir əlində şəkil,gözlərindən iri yaş damcilari süzülərək yanaqlarına tökülmüş qadini gördüm.Bəli həmin qadın idi..Saatlarca qulaqlarimin dincliyini pozmuş həmin qadin...Ancaq indi daha məsum idi..Daha saf və atilmiş qadin tesiro bağişlayirdi.Əlindəki şəkilə gözüm sataşdi.Çərçivənin içində ağ-qara fonda bir qürurlu esger sərt baxişlari ilə gözləri baxirdi..Bir müddet baxişdiq..Qonşulardan yuxari mərtəbədə qadinin əri şikəst,bircə övladinin da əsgərliydə şəhid olduğu haqqinda eşitmişdim.Bəli bu həmin qadın idi..Axi indiyə qədər niyə bu səsləri deqiqləşdirmədiyim üçün üreyimdə özüm özümə söyüşlər yağdirdim.Geri çəkilərək,heç bir söz demədən pilləkanlarla düşdüyüm dəqiqələrdə bütün rasdlaşdiğim rasdlaşmalar,bütün eşitdiyim ağlaşmalar və qadinla rasdlaşdiğim hər bir qarşilaşmadan sonra evə tələsərək,əllərimi sabunla bolluca yuduğum saatlar,dəqiqələr,saniyələr gözlərimin qarşisina gəldi və həmin andaca qaranliqda itib batdi...7-ci mərtəbəyə qayıtdım,qapını açdım və otağa daxil olaraq güzgü qarşisinda bütün binanin sakinlərinin eşidə biləcəyi səslə bağiraraq ağladım...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0258 saniye