"Mən böyüyəndə həkim olacam. Bilirsinizmi niyə? Çünki özüm şəkər xəstəsiyəm.
Mən Vəfa. 10 yaşım 2 gün əvvəl tamam olub. Şamları üfürdüm. Atam, anam, qardaşım əl çaldılar. Şirniyyatlara ancaq baxa-baxa qaldım. Onları yemək mənə qadağandır çünki. Amma qardaşım Səlimə olar. O sağlamdır.
Sağalmağım üçün hər gün iynə vururlar mənə. İynələr çox ağırdır.Pompa qoyacaqlar, sonra daha yaxşı olacaq.
Mən həkim olacam. Heç bir uşaq xəstələnməyəcək, heç kimə iynə vurulmayacaq."
Kiçik qızın dilindən...
Dünyada hər 10 saniyədə iki nəfərdə şəkərli diabetin aşkarlanması və 1 nəfərin bu xəstəlikdən ölməsi xəstəliyin nə qədər ciddi olmasından xəbər verir.
Mavi çevrə şəkərli diabetin ümumi qəbulolunmuş simvoludur.