Müasir sivilizasiyadan kənarda qalaraq batil inancları ilə həyatın davam etdiyini bildirən kənd əhalisi okean sahilində balina ovuna tamaşa edirdilər. İri tutumlu iki qayıq uzaqdan görüntülənən balinaya yaxınlaşmaq idilər. Gənc ovçular alətlərini hazır vəziyyətə gətirərək düzgün hədəfi seçmək üçün diqqətlərini topladılar. Digərləri isə torlarını əllərdə hazır etmişdilər. Balinaya bir-birinin ardınca sərrast atılan nizələr okean sularında qanlı mənzərə yaradırdı. Getdikcə gücünün tükənməsi ilə torlar balinanı əsir alaraq qayıqların sahilə doğrulanmasına səbəb oldular...
Yaşı 50-ni ötmüşdü. Sonunculardan biri idi. Yeni nəsil bu mərasimi icra etməkdən boyun qaçırırdı. Əslində qınanmalı bir məqam yoxdur. Nə də olsa ölkə inkişaf etmək istəyirdi. Əsrlər boyunca nəhəng imperiyanın ən gəlirli müstəmləkəsi idi. Dünyanı “qiyamət”lə tanış edən müharibədən sonra qütblərin kəskinləşməsi ilə baxış istiqamətləri daha da möhkəmləndirildi. “Köhnələrdən” olan adam qurşaqdan aşağı əski parçasına bürünmüş halı ilə qayığını sürdürüb dayandırdı. “İbtidai” musiqi alətlərini çıxardaraq ifa etməyə başladı. “Köhnələr” inanırlar ki, musiqi mərasimi dəniz heyvanlarının ruhunu mənfiliklərdən təmizlədir...
Dünyanın ən inkişaf etmiş ölkələrin birində xalqla hökümət çaxnaşması yaşamaqda davam edirdi. İllərdir hökümət delfin ovu ilə məşğul olaraq onun ətini “filan” balığın əti ilə əhalinin başını bişirmişdi. Dünyanın delfin müdafiəçilərindən biri bu faktı video şəklində yayaraq xalqı “balıq” yuxusundan oyatmışdı. Həmin müdafiəçi vaxtilə törətdiyi qəzadan delfin ölümünə səbəbkar olduqdan sonra vicdan əzabı ilə dünyanı gəzib dolaşaraq komanda toplamış, delfin qətliamları ilə qandondurucu görüntülər bərabərində “idarəedici”lərdən çoxsaylı ölüm təhdidləri almışdısa, dəfələrlə sui-qəsddən xilas olaraq geriyə bircə addım da atmadan ancaq və ancaq irəliyə doğrulanırdı...