Məcnunun gözüylə baxdım dünyaya...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 15:43 13 yanvar 2016 tarixində əlavə olunmuşdur

Məcnunun gözüylə baxdım dünyaya,
Dünya gözlərimdə qəm,kədər dolu.
Çöllü-biyabana saldım güzarı,
Hər tərəf məhəbbət--hədərlə dolu.
****
İstədim Kərəmtək yanım oduna,
Vəfalı Əslimin çatım dadına.
Bir hava çalınsın onun adına,
Adı"Yanıq Kərəm"qəhərlə dolu.
***
Bir xumar baxışlı Xumara meylim
Düşübdür,arada bir səd var,neylim?
Küsüb,inciyibdir məndən gileylim,
İçdiyim badələr zəhərlə dolu.
***
Mövliud,bitirərdim burda fikrimi,
Yazmaqla qurtarmaz mən öz dərdimi,
Eşqinə sadiq ol sən mənim kimi,
Həyat qəza ilə,qədərlə dolu.

12.05.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0416 saniye