Avstraliyada yaşayan rheobatrachus silus növünə aid olan qurbağaların istifadə etdiyi çoxalma üsulu Allah'ın canlıları üstün dizaynlarla yaratdığının başqa bir nümunəsidir. Dişi rheobatrachuslar dölləndikdən sonra öz yumurtalarını udurlar. Amma bu yumurtalarla qidalanmaq üçün deyil, onları qorumaq üçün... Yumurtalardan çıxan çömçəquyruqlar mədədə qaldıqları 6 həftə boyuncadaim inkişaf edirlər. Bəs necə olur ki, çömçəquyruqlar uzun müddət həzm edilmədən mədədə qala bilirlər?
Allah bunun üçün qüsursuz bir sistem yaratmışdır. Əvvəlcə ana qurbağalar bu 6 həftəlik çoxalma mövsümündə yeməyi, içməyi dayandırırlar. Bu sayədə mədələri yalnız balalara ayrılmış olur. Ancaq başqa bir təhlükə, mədənin daimi ifraz etdiyi hidroxlorik turşu və mədə şirəsidir. Bu sekresiyaların balaları çox qısa müddətdə parçalayıb öldürməsi lazımdır. Ancaq buna qarşı xüsusi tədbir görülmüşdür. Ana qarnındakı mayelər yumurta kapsulalarından, daha sonra da çömçəquyruqlardan ifraz olunan "prostaqlandin E2" adlı sekresiya ilə təsirsiz hala gətirilir. Beləcə balalar turşu hovuzu içində üzmələrinə baxmayaraq,təhlükəsiz şəraitdə böyüyürlər.
Bəs bu çömçəquyruqlar analarının mədəsində nə ilə qidalanırlar? Bu problemə qarşı da xüsusi həll yaradılmışdır. Bu növə aid yumurtalar digər qurbağa növlərinin yumurtalarına nisbətən böyükdür. Bunun səbəbi isə yumurtaların içinə balanı qidalandırmaq üçün zülal cəhətdən çox zəngin yumurta sarısı təbəqəsi yerləşdirilmiş olmasıdır. Bu yumurta sarısı balaları 6 həftə boyuqidalandırmaq üçün kifayətdir. Doğum anı da qüsursuzca hazırlanmışdır. Balalar mədədən çıxıb xarici dünyaya addım atarkən, ananın yemək borusu eynilə doğum zamanı kimi genişlənir. Balalar çölə çıxdıqdan sonra isə ana yemək yeməyə başlayır və mədə əvvəlki halına qayıdır.