Biz 5 ci sinifdə oxuyanda Azərbaycan dili müəlliməmiz Mədəniyyət sözünün kökünü soruşmuşdu. Uşaq olduğumuza görə çətinlik çəkmişdik o vaxtlar tapmaqda. İndi isə çətinlik çəkmıdın deyə bilərəm ki , sözün kökü "Mədə"dir. Bəli Mədə. Çünki ümumiyyətlə bizim lüğətimizdə Mədəniyyət sözü , anlayışı yoxdur. Elə hər bir şey mədəmizdən başlıyır . Yeyib içmək olsun təki. Əslində elə günahkar özümüzük . Bu gün Bir kişi cinsi olan varlıq telefonla danışdığı kimə isə söyüşlər yağdırırdı yanındakı şəxs isə aaa yavaş ol söyüş söymə dedi . Sag olsun heç olmasa onu dedi . Boş verib keçdim . Məhəlləmizdə isə dünən yenə kişi cinsləri vardı aralarında problem yaşanırdı yenə nə oldu yerli yersiz söydülər bir birini . Bu gün isə balaca kişiciklər mağazamızın önündə durub aralarında söyüşcüklər işlətdilər. Belə hadisələr çox olur ətrafımızda . Biz isə susuruq sadəcə . Düzü xanımlara söz düşməz deyirlər amma həddini aşana cavab verməyi özümə borc bilirəm . Həmçinində gənc oğlanlarımıza və yaşlı kişilərimizə . Niyə yanımızda söyüş çəkiləndə susuruq biz? Niyə onlara iki kəlmə ilə dərslərini bildirmirik ? Günahkar da buna görə bizdədir. Uşaqlarımız dostlarınnan götürür belə sözləri . Uşaqlarımızın tərbiyəsinə fikir verməliyik . Nəinki dostlarından hətta evin içindən belə götürürlər. Ehtiyatlı davranın sadəcə yanınızdakılara gələcəklərinizə . Çox yazmaq olar bu barədə ama qısa kəsirəm
PS : Yanımda həmişə söyüş söyüblər amma mən hələ bi ədəb söz agzıma almamışam. Deməli insandan da çox şey asılıdır.