Qaranlığın bütün özəlliklərini özündə cəm edən füsunkar və əsrarəngsiz gecə. Sayrışan ulduzlar. Şəhərin böyük qismi artıq şirin yuxulara qərq olmuşdular. Yata bilməyənlərsə ya gözlərini boş-boş tavana zilləyir, ya da dikəlib telefon vasitəsilə internet aləminə giriş edirdi.
Göydələnlərin birində qaranlıq otaq. Siqareti dodaqlarına arasına aparıb pəncərədən uzaqlaşdı. Ağır-ağır addımlar. İş masası arxasına keçib əyləşdi. Siqareti külqabıya buraxıb ağırlığı ilə kresloya söykənərək gözlərini yumdu. "O"nu xatırladı.
Atilla və Tomris. Hər ikisinin tələbəlik illəri. Sevgiləri bitmək bilmirdi. Hələ ilk baxışdan bir-birlərindən xoşlanmışdılar. Hər kəs də bunu açıq-aşkar görərək qəribə hisslər burulğanında idi. Kimisi onlara sevinirdisə, kimisi də xoşlanmadıqlarını çəkinmədən üzə vururdu. Tomris dünya gözəli statusuna layiq deyildi. Amma onda elə cazibə, elə şirinlik, elə məsumluq var idi ki, təkcə Atilla deyil, digərləri də heyranlıqlarını gizlədə bilmirdilər. Amma Atilla il yaraşıqlıqda heç kəs qərabətə girə bilmirdi. Bütün qızlar bu gəncə aşiq idilər. Düzdür, onun sevdiyi qıza paxıllıq edirdilər.Az qala onu görən kimi param-parça etsinlər.
Dərs çıxışında gəzintilərə, əyləncələrə vaxt tapırdılar həmişə. Bir kafedə əyləşib bir-birlərinə doymaq bilmədən baxaraq sevgi sözcükləri pıçıldaşırdılar. Hər kəsin nəzərləri onlarıa yönəldiyi halda, bu cütlük sanki dünya ilə əlaqələrini kəsib öz aləmlərində idilər.
Hətta ailələri ilə tanışlıq mərasimi də olmuşdu. Hər iki tərəfin heç bir narazılığı yox idi. Nişanlandılar. Artıq axşamlar da romantik ab-havaya girərək şəhəri gəzib dolaşırdılar. Xəyallar, arzular...
Amma...
Bir avtomobil qəzası...
Və aradan keçən 20 il...
Atilla siyirtməni çəkib məktubu əlinə aldı. Əllərinin titrəyişinə şahidlik seedib nəfəsini içəri çəkdi. Kibrit çəkib şamı yandırdı. Bu məktubun oxunuş sayını itirmişdi.
"Atilla, bilirəm, məni xatırlamayacaqsan. Axı niyə də xatırlayasan?! Öz bədənini pul qarşılığında satan bir küçə qadınıyam nəticədə. Fərqi yoxdur, məcburi ya xoşluqla. Həm sənin həyatında o qədər qadın olub ki! Bəli, bəli, əziz bəstəkar! Sənin hər addımını izləyirdim. Səbəb? Sənə aşıq olmuşdum. Sənin acılar içində belə o qızı unutmamağın səni mənim nəzərimdə müqəddəsləşdirmirsə, məndən artığını istəməməyin səni mənə dəlicəsinə sevdirmişdi. O vaxtlar hələ çox gənc idin. Hələ üstəlik indiki kimi tanınmış bəstəkar deyildin. Səninlə yaşadığım 2 ayı heç vaxt unutmayacam. Sənə demək istəyirəm ki, oğlun var. Eynən sənin üz cizgilərinə malikdir. Hamiləliliyim ortaya çıxanda sahibim məni küçələrə atdı. Sonrasını soruşma. Heç özüm də doğru-düzgün xatırlamıram..."
Atilla məktubu qatlayıb kənara qoydu. Külqabındakı siqaretə baxıb ayağa qalxdı. Otaqdan çıxdı. Oğlunun otağına səssizcə girib onun yatışını izlədikdən sonra başına sığal çəkərək öpdü...
Atillanın "yaşayan əfsanə" həyatı Tomrisi itirməsi ilə start götürmüşdü. Sevdiyi qızı gözləri önündə canlandıranda bütün varlığı titrəyiş içində olurdu. Və məhz bu anda gözəl bəstələr ərsəyə gəlirdi. Hər kəsin qanı damarlarında donarraq onu dinləmələrini görməzdən gəlirdi. Acısını unutmaq üçün fahişələrə çoxlu miqdarda pul xərcləməyə başladığında valideynləri onu əngəlləyə bilmədilər. Təhsilini yarımçıq qoyub da "şəhər əfsanələri"ndən birinə başdöndürücü çevrilişinə heyrət duyulmaya bilməzdi. Atdığı hər addımda onu qəddarcasına təqib edirdilər, amma bu, onun heç vecinə də deyildi...