Məhəbbət zindanında döndüm məhbusa
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 00:45 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Hər yandan bir gözəl üzümə baxır
Bilmirəm qəlbimin sahibi kimdi
Tamahım gah sola, gah sağa axır
Dərdimin çarəsi hansı həkimdi?

Yaman çox gözəl var, gözüm qamaşır
Biri şərqdən gələndi, o birisə qərbdən
Hər biri anidən mənə yanaşır
Yoruldum ürəkdə gedən bu hərbdən

Biri qara gözlüdü, o birisə ala
Birinin saçı uzun, o birinin qısa
Belə çox çətindi yetmək vüsala
Məhəbbət zindanında , döndüm məhbusa.

01.03.2017

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+11=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0295 saniye