Məhəbbət
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 04:30 15 noyabr 2017 tarixində əlavə olunmuşdur

Deyirlər məhəbbət müxtəlif olur,
Anaya məhəbbət, yara məhəbbət,
Kimdəsə gül açır, kimdəsə solur
Şəfası olmayan yara məhəbbət

Payızda yaranır, qışda yaranır
Yağışa məhəbbət, qara məhəbbət,
Keçmişdən bu günə cavab aranır
Aşiqi aparır hara məhəbbət?

Min bir oyun edib, anidən taxır
Çəhrayı eynəyi gözə məhəbbət,
Gözlərdən gözlərə ildırım çaxır,
Çevirir ürəyi közə məhəbbət

Enişli, yoxuşlu yollara salıb,
Sövq edir yalana, düzə məhəbbət,
Qədimdən bir adət halını alıb,
Hicrana, həsrətə dözə məhəbbət.

***
Könlümdə bahardı yazdı məhəbbət,
Gözəlin etdiyi nazdı məhəbbət,
Sinəsi nə qədər dolub daşsada,
Sevənçin yenə də azdı məhəbbət.


23.07.2017

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0277 saniye