Məhəbbətim... məhəbbətim...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:17 08 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Arzularım yetim qaldı, 
Dünya yaman qeylü-qaldı
Acı sözün mənə baldı,
Məhəbbətim,məhəbbətim.

Ümman kimi çağlayan sən,
Yadlara bel bağlayan sən.
Ağladırsan,ağlayan sən,
Məhəbbətim,məhəbbətim.

Məni saldım sən kəməndə,
Ürək necə dözsün dərdə?
Qara bəxtim gülər bir də,
Məhəbbətim,məhəbbətim.

Şair Mövlud,fikir çəkmə,
Gül bağında qanqal əkmə.
Belini də belə bükmə,
Məhəbbətim,məhəbbətim.


20.02.1985 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0349 saniye