Məhəbbətim,məhəbbətim...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:37 14 fevral 2015 tarixində əlavə olunmuşdur

Məhəbbətim,məhəbbətim...

Arzularım yetim qaldı, 
Dünya yaman qeylü-qaldı
Acı sözün mənə baldı,
Məhəbbətim,məhəbbətim.
***
Ümman kimi çağlayan sən,
Yadlara bel bağlayan sən.
Ağlayırsan,ağladan sən,
Məhəbbətim,məhəbbətim.
***
Məni saldın sən kəməndə,
Ürək necə dözsün dərdə?
Qara bəxtim gülər bir də,
Məhəbbətim,məhəbbətim.
***
Şair Mövlud,fikir çəkmə,
Gül bağında qanqal əkmə.
Belini də belə bükmə,
Məhəbbətim,məhəbbbətim.

20.02.1985.Zərdabi.(Mövlud Ağamməd)

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+31=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0724 saniye