MƏHƏBBƏTİN DƏRTDİ MƏNƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 15:38 09 sentyabr 2017 tarixində əlavə olunmuşdur

MƏHƏBBƏTİN DƏRDDİ MƏNƏ 

Bir yuxunun yozğunluğu 
Kəm sevdanın pozğunluğu, 
Riyakarın quzğunluğu 
Qəbahətdi, sərtdi mənə. 

Günəşim ol, qəlbimə saç, 
Baxışların dərdə əlac. 
Olmuşam eşqinə möhtac, 
Məhəbbətin dərddi mənə. 

Bəsdir qoydun intizarda, 
Saf sevgini vermə bada. 
Həmdəmim ol bu dünyada, 
Varlığın da bəsdi mənə. 

Baxma mənə kənar kimi, 
Yaz arada yazar kimi. 
Sənsiz neynim gülzar kimi,
Şəhərlər də kənddi mənə.

Seymur itirmiş yolunu,
Kədər tutub sağ-solunu,
Tutmaq özgənin əlini,
Artıq qəbahətdi mənə.

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0242 saniye