Məhəmməd Həsən Şəkuvi
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 20:44 11 yanvar 2016 tarixində əlavə olunmuşdur

Bu gün Quranı doğma dilimizdə rahat şəkildə oxuya və duya bilirik. Quranı ilk dəfə azərbaycan dilinə Mövlazadə Məhəmməd Həsən Ismayıl oğlu Şəkuvi tərcümə etmişdir.

 Həmin dövrlərdə o, Qafqaz bölgəsi üzrə  Şeyxülislam olmuşdur.

Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur və öz əsərlərinin bəzilərini Şəkuvi təxəllüsü ilə imzalamışdır.Məhəmməd Həsən Gəncədə mədrəsə təhsilini bitirdikdən sonra, Gəncə Cümə Məscidində molla kimi işləməyə başlayır. Bir il sonra təhsilini davam etdirmək üçün İraqa gedir və daha yüksək dini təhsilə malik olur. O,İraqda ali dini təhsil aldıqdan sonra Tiflisə qayıtmış, oradakı Şeyxülislam məktəbində şəriət və fiqhdən dərs demişdir. Qısa müddət ərzində Mövlazadə Qafqaz Müsəlmanları Şiə Ruhani idarəsinin Heyətinə üzv seçilir. İki il sonra isə o, Tiflis və Kutaisi şəhərlərinin qazisi təyin olunur.

 Məhəmməd Həsən Mövlazadə ərəb, fars, rus və türk dillərini mükəmməl bilirdi. Mükəmməl dil biliyinə görə çoxlu kitablar yazmışdır. Əsərləri qısa müddət ərzində dünyanın bir çox ölkələrində yayılmış və geniş oxucu kütləsinə malik olmuşdur.

 Məhəmməd Həsən Mövlazadənin sünni cərəyanının Hənəfi məzhəbində olduğu iddia edilirdi. Aydındır ki, bütün  Şeyxülislamlar şiə məzhəbində olmuşlar. Onlar vəzifələrinə görə də Qafqaz şiə müsəlmanlarına rəhbərlik edirdilər. Qafqazın sünni müsəlmanlarına rəhbərlik etmək üçün  isə 1823-cü ildə müftilik vəzifəsi təsis edilmiş və müftinin özü də sünni təriqətində olmuşdur. Axund rütbəsi alan Məhəmməd Həsən bir müddət qazı, 1907-1909-cu ilədək şeyxülislamın əvəzləyicisi olmuşdur. 1908-ci ildə Məhəmməd Həsən Mövlazadə Qafqaz bölgəsi üzrə Şeyxülislam seçilmişdir.

 Qafqazda 2 illik Şeyxülislam olan Axund Məhəmməd Həsən Mövlazadə  1932-ci ildə 79 yaşında vəfat etmişdir. Tiflisin müsəlman qəbirsanlığında dəfn edilmişdir.

 Həsən Mövlazadə  də,digər vətənpərvər şəxsiyyətlər kimi qırmızı Sovet imperiyasının fiziki reqressiyasına  məruz qalmışdır. İmperiya nökərləri onun zəngin kitabxanasını və əlyazmalarını müsdirə etdikdən sonra vəhşicəsinə yandırmışlar.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+2=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0291 saniye