Peyğəmbər (s)-in səhabələrindən biri kasıbçılığın əzab-əziyyətinə artıq dözə bilməyib öz xanımilə məsləhətləşdikdən sonra Peyğmbər (s)-in yanına gedib öz halından şikayət edərk həzrətdən kömək isdəmək qərarına gəlir.Elə bu niyətlə Peyğəmbər (s)-in hüzuruna yetişir. Lakin öz hacətini o həzrətə deməzdən əvvəl görürki Rəsuli Əkrəm (s) buyurdu:"Hər kim bizdən köməklik istəsə biz ona kömək edəcəyik, amma səbr edib Allahdan başqasının qarşısında əl açmasa Allah onu ehtiyacsız edər.”O gün Peyğəmbər (s)-ə bir söz deməyib evinə sarı geri dönür. Evdə yenidən kasıbçılıq təziqiylə üzləşdikdə sabahsı günü Peyğəmbər (s)-in yanına getmək məcburiyyətində qalır. Bu dəfə də Peyğəmbər (s)-in hüzuruna daxil olduqda "Hər kim bizdən köməklik istəsə biz ona kömək edəcəyik, amma səbr etsə Allah onu ehtiyacsız edər” -deyə buyurduğunu eşidir. Bu dəfə də öz hacətini demədən çıxıb gedir. Amma kasıbçılıqda bıçağı sümüyə yenişmiş ərəb evdə hökümranlıq etməkdə olan yoxsulluq əzabına dözə bilməyib üçüncü dəfə Peyğəmbər (s)-in hüzuruna gəldikdə yenə də həmin sözləri təkrar etbiyini gördü. Amma bu dəfəki söz onun ruhuna qüvvət verib və özünə daha çox inanmağa başladı. Başa düşdü ki, onun xilaskarı elə bu cümlədədir.Məclisdən çıxıb daha inamla qədəm götürərək sanki özü-özünə deyirdi:"bundan sonra yalnız Allaha arxalanacağam və mənim vücudumda qoyduğu gücdən istifadə edərək öz içərində mənə kömək olmasını və məni ehtiyacsız olmağımı ondan istəyəcəyəm.”Özlüyündə fikirləşdi ki, mən nə iş görə billəm? Fikrinə gəldi ki, çölə gedib odun yığıb gətirib şəhərdə satsın. Elə belə də etdi. Birindən bir balta kirayə alıb odun qırmağa getdi.Odun qırıb gətirib şəhərdə satdı. O gün öz əlinin zəhmətiylə qazandığı pul ilə ailəsinə çörək alıb apardı. Bu minvalla işləyib pul qazanıb özü üçün balta aldı. Yavaş-yavaş davam edərək iki dəvə və nökər sahibi oldu. Bir gün öz əhvalatını Peyğəmbər (s)-ə danışmaq istədikdə həzrət təbəssüm edərək buyurdu:
"Məgər biz demədikmi hər kim bizdən kömək istəsə biz ona kömək edəcəyik, və hər kim səbr edib başqasının yanında əl açmasa Allah onu ehtiyacsız edər!”