Məişət texnikası allergiya yaradır
Şəfiqə Şəfa tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 16:33 05 mart 2016 tarixində əlavə olunmuşdur

Allergiyanın indiyədək bir çox səbəblərdən yarandığı məlum idi. Müxtəlif növləri olan allergiyanın ən qorxunc və çətin sağalanı onun dəridə yaranmasıdır. Belə allergiyadan sonra səpkilərin izi qalır və dəri quruyur. Xüsusən məişətdə işlədilən yuyucu vasitələr, keyfiyyətsiz geyim, saç boyası, kosmetik məhsullar bu problemi yaradır. 

Amma indi allergiyanın yeni və ağlagəlməz növü də ortaya çıxıb. Belə ki, məişət texnikasının titrəyişləri də allergik xassəyə malikdir. Yəni mətbəx texnikası bir tərəfdən ev sahibəsinin dadına yetirsə, digər tərəfdən onu xəstəliyə salır. Belə ki, bu nadir allergiya vibrasiyaların təsirindən əmələ gəlir. Xüsusən mikser və ya şirəçəkən maşınlar narahatlıq yaradan qrupa aiddir. Bu vibrasiyalar bədəndə səpkilərə, qaşınmaya, ağızda dəmir tamına səbəb olur.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+31=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0228 saniye