Gənc yazar Nikbin Qasımlıdan - Gənc yazar Mövlud Mövludun ailəsinə:
MƏKTUB HACƏTİNDƏ YAZILMIŞ BAŞSAĞLIĞI !
***
- Əslində, biz; - Mövlud Mövlud və mən həmyaşıdıq. Əgər, o, bugün yaşasaydı, ikimiz də 28 yaşın astanasında olacaqdıq.
- İkimiz də yazarıq. Gəncik. Gəncliyi təmsil eləyirik. Daha doğrusu odur ki, indi M.Mövludun bundan sonrakı həyat yolu sadəcə《idi》lərdən ibarət olacaq:
... M.Mövlud gənc yazar idi ...
... hamı bundan sonra belə deyəcək ...
- Əsl həqiqət ondan ibarətdir ki, M.Mövludun qələmindən ərsəyə gələn bütün yaradıcı yazıların, ədəbi mətnlərin, əslində ümumi müzakirəsi savadlı adamların, çağdaş təfəkkürlü insanların, bütöv-i-milli, yəni ümumi halda məmləkət aydınlarının nəzəri təhlil süzgəcindən ələnməlidir. Yalnızca ülkənin ümdə bilimciləri buna qiymət verə bilər. Çünki, geriqafalı düşüncə ilə yaşamını sürdürən çulsuz hərflər, həmişə şüurlu insan zəkası ilə ölçülüb-biçilmiş alim elminə yad kəslər olublar.
- Yazar həmkarımın ilk ölüm günündə yerli ictimaiyyət üzvləri bir vaxtlar dövri mətbuatda M.Mövludun nəşr olunmuş əbədi mətnlərini ələştirməyə başladı.
- Ədəbiyyatla yaxından - uzaqdan ilgisi olan- olmayan kəslər müxtəlif fikirləri şərhlərdə bəyan elədilər.
Əmma və lakin; - hamı:
- sonda;
- Allah rəhmət eləsin.
- İstedadlı insan idi
- və s. və ilx.
... dedi ...
İllərin duz-çörək kəsmiş tanışı kimi, yazar dostu kimi M.Mövıud üçün bircə onu deyə bilərəm ki:
- Özünü yazar dostlarına çox gördün !
- Özünü oxucularından əsirgədin !
Eynən buna bənzər fikirləri; əslən gürcü olan rus ədib,《Futurizm》yaradıcı cərəyanın banisi Vladimr Vladimroviç Mayakovski Segey Aleksandroviç Yesenin barəsində səsləndirmişdi:
... Sergey ...
... özünü rus xalqına çox gördü ...
... rus xalqından əsirgədi ...
Qısaca və kəskin, əlbəttə, uzunçuluğa yol vermədən.
- son -