Zehnimə asta asta yağış yağır.Hər bir damla səndən xatirərlə dolu.Düşücələriminyanımda deyilsən.Ama sənlə olmaq sənə toxunmaq deyil ki.Ölümü belə vecimə almazkən, nədir bu verdiyin sakitlik ruhuma?!Əzraili belə qorxudursan varlığınla.Necə bir şeysən sən?!Şeirlərim var mənim.Sənə yazılmış,səndən ibarət.Həsrətin sətir aralarından asıldığı.Yoxluğunun yaratdığı isyankarlıqla hərgün dualarımdasan.Səndən öncə belə deyildim.Siqaretimin tüstüsündən daha çox zərər verirsən ciyərlərimə.Yanımda olsan da çəkmə deyə dalaşsaq kaş.”Kaş” sözünün verdiyi peşmançılıq kimi.
Mən sevgili.oxudum məktubunu.Bir sən,bir mən qalıb cümlələrim.Hara baxsam səni görmənin verdiyi acıyla qidalanıram artıq.Su yerinə gözyaşlarımı uduram.Yaşamağın nəfəs almaq olmadığını anlayıram.Saxta gülüşlərə qərq oluram..Eşitdim artıq başqalarına can demisən.Oysa başqa nəyim vardı ki dediklərindən başqa.Mən rəsimlərindəki gülüşlərini yığıb saxlarkən gözlərimdə.Sən başqa baxışlarda yeni dünya yaratmısan.Eşitdim xoşbəxtsən.Batmayan ama su alan gəmilər kimiyik.Quracaq yeni xəyallarım var məsələn.Paramparça olmuş ümidlərimi getdikcə atıram arxama.Onları topla da məni tap deyə.Əgər anlasan günəşim olduğunu yağış arzula Tanrıdan.Öpüşmələrimiz var əzizim.Dodaqlarımız bir birinə toxunmadan.Utanmadan küçənin düz ortasında.Xəyalına sarılıram.Görürsən də necə çarəsiz yazıram.Baxma belə dediyimə.Kiçik qadınım.İndi üzülürsən bilirəm.Burax da ovudum özümü.Yenə başladı iç səsim danışmaya.Ən yaxşı al bütün xatirlərini götür bizi tək burax.