Məktub..
cəmilə tərəfindən "Şeir" bolməsinə 20:04 30 aprel 2014 tarixində əlavə olunmuşdur

"O"na məktubum:
Buralarda sənsizlik mövsümüdür sevgili
Dodaqlarım arasına sıxışmış cümlələrlə
Gözləyirəm qoyub getdiyin yerdə
Dolub qəlbim qırıq ümidlərlə
Və bir də yarım sevginlə
Bir xəyal qədər yaxınsan əzizim
Bir xəyal qədər uzaq
Bir xəyal kimi varsan
Bir xəyal tək yalquzaq
Lal cümlələr var məndə
Küləyə fısıladadım sözlərimi
Gedişin ağır olmadı da
Bu dəfə dönməyişin öldürdü məni
Və sən mənim ümidlərim arasına gizlətdiyim
Ən gözəl bəhanəmsən
Ki hərgün birazda nəfəsimlə isitdiyim
Ki həran gözyaşımla böyüdüb
Qəmzəmdə gizlətdiyim
Bir eşqdən son kəlmələrdi bunlar
Yoxluğunda etiraf etdiyim
Geri dönsən də burdayam can
Səni mən kimi sevə bilməz heçkəs
Birdən birgün yanılsan
Mən eşqimi ovuclarımda saxlayacam...
"O"nun məktubu
Səndən ayrılmagım tam bir il olub
düşünmürdüm birdə səni görərəm
səsini unudmuş nömrəni isə
silmişdim telfonun rəhbərindən
düşünürdüm belə unudaram mən
xoş bir xatirə tək yadda qalarsan
qarşıma cıxacagını fikirləşmədən
sanmışdım başqa bir şəhərdə sakin olmusan
daha küləklərlə söz göndərmirəm
küləkdə unudub deyəsən səni
şeirlərdə belə səndən yazmıram
qafiyələr daha yad etmir səni
artıq yaşananlar sadəcə xəyal
olaraq qalsın qoy düşüncəmizdə
daha olan olub keçən keçibdi
sevgini həps edək ürəyimizdə...

P.S yazının digər hissəsinə görə Kamran Khana təşəkkürlər :)


... dəfə oxunub
Qiymət: 3/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
RCeLlhCLHezFwl
[01 may 2014 13:35]
What's the current interest rate for personal loans? http://worldnetpr.com/can-you-buy-viagra-from-canada-legally/ can you buy viagra from canada legally activities; preceptor may reduce number of hours if student has been employed as date
6+34=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0431 saniye