Məktub
Luna tərəfindən "Hekayə" bolməsinə 00:16 22 iyun 2015 tarixində əlavə olunmuşdur

Bəzən başqalarına deyildə özümüzə məktub yazmalıyıq. Bəzən etiraf etmək üçün, bəzəndə əlimizdə olanların qiymətini bilməyimiz üçün.Hərdən axtarmaq hissinə qatılırıq bəlkədə özümüzü itirmeəyimizdən xəbərimiz yoxdu.Doldura bilmədiyimiz boşluqlar əslinde gədənlərin yeri deyil, Biz hər gədənlərə ruhumuzun ürəyimizin bir parçasını bağışlaya-bağışlaya yox olmuşuq.Hiss etdiyimiz o bşwluq əslinde bizik, mənəm, sənsən, odur. Və bunu oxuyan ve ya hardasa eşidən biriləridir. Bizlərin axtardığı şey bahalı qaşlar sənət əsərləri deyil, sadəcə balaca bir andir. bəlkədə bir musiqidir özümüzü tapmaq üçün. Bizlərin ən yaxşı bacardığı şey özümüzü mükəmməl cəzalandirmaq istedadimizdir. Cəzalardan sonra biz qalxa bilmirik.İtdiqcə itib, daş kimi okeanın dibinə gedirik. Bəzən və Bəlkələr arasında itmişik. Qaç özünü tap deyə bilmirik güzgüde özümüzə. Boğazimizda düyünlənib qalan qəhəri ata bilmirik. Bəzilərinin qabağina çixa bilmirik qaçiriq. Bəzilərimiz ise hirsimizi, hissimizi, zəhərimizi kağiza yazib altdan imza atib mənim kimi zibil qabina atiriq. Sehr arzu edirik qaranlıq otağimizda amma sehrin tam içimizdə olduğunu, ağlimizda olduğunu bilməkdə istəməmişik əslində. Bəzən məktub yazırıq getmək üçün və bəzən məktub yazırıq qayitmaq üçün bir bahar özümüzü.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
Müəllif

Luna
Haqqında
Aytac Axmedova
Əlaqə
E-mail:
aytac.axmedova.2015@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0208 saniye