MƏKTUB
Gunel Nur tərəfindən "Digər yazılar" bolməsinə 17:29 23 mart 2014 tarixində əlavə olunmuşdur

Səni ilk dəfə məktəbin həyətində gördüm. Dostlarınla nəisə müzakirə edirdin, durmadan danışırdın, ara sıra gülümsəyirdin. Qəflətən bərk külək əsməyə başladı, səndə darvazaya doğru qaçdın. O qədər tez qaçırdınki, ayağın daşa ilişib yıxıldın. Mən isə xəyala dalmış kimi səni izləyirdim. Sənə yaxınlaşıb durquzdum, deyəsən ayağın burxulmuşdur. Rəfiqən gələnə kimi sənin yanında gözlədim. O gələndə isə getdim. Günlərin bir günündə səni izləyərək yaşadığın ünvana gəldim. Demək olarki hər səhər orda idim, niyə məhs səhərlər? Çünkı sən səhərlər eyvana çıxıb saçlarını darardın. O qədər gözəl idinki, səni o halda saatlarnan izləməyə razi idim. Məni görməyəsən deyə ağacın üstündə gizlənirdim. Məktəbi bitirdiyin gündə orda idim. Ağladığında, sənə dəsmal uzatdım, göz yaşlarıvı silib üzümə belə baxmadan geri qaytardın. O gündən, məndədir həmin dəsmal. İllərnən yastığımın altında saxlamışam onu. Universitetə qəbul olduğun gün. Dostlarınla yığışıb restorana qeyd etməyə getmişdiz, sənə gül buketi gəlmişdi, yadında? Onu mən göndərmişdim. Sənin hər doğum günündə, hədiyyəni qapıya qoyub gedəndə mən idim. Sənə verməyə cəsarətim çatmırdı.  Sonra səni yad bir oğlan ilə görməyə başladım, çox pis oldum. Evdəki bütün əşyaları darmadağın etdim. Səni başqası ilə paylaşa bilməzdim.Ancaq susmalı idim. Nişan günündə, orda idim. Sənə bir qiz ilə hədiyyə göndərdim, adinin baş hərfi yazılan boyunbağ. O gündən sonra səndən bir müddət uzaq gəzdim, ancaq bacarmadim. Gerı döndüm, gecə səni görməyə evinizə gəldim. Eyvanda ağlayırdın, için için ağlayırdın. Sən demə sevmirsənmiş onu, atanin təkidi ilə nişanlanmışsan. Bu məktubu yazma səbəbim nə səni qorxutmaq, nədəki incitməkdir. Mən səni sadəcə sevdim.Sənə toxunmadan, həyatında olmadan sevdim. Səni, sən bilmədən sevdim. Ancaq bunu dilimdən deyə bilməyəcək qədər acizəm. Çətinki nitq qüsürlu biri ilə münasibət qurmaq istəyərsən. Mənə əsla yazığın gəlməsin. Varlığımla səni incitməyəcəm. Səni səssiz sevəcəyəm.

 

 


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
Müəllif

Gunel Nur
Əlaqə
E-mail:
ferecova.gunel91@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0272 saniye