Məktub
Aysan Azimzade tərəfindən "Digər yazılar" bolməsinə 23:34 04 aprel 2014 tarixində əlavə olunmuşdur

Canım Anam,  uşaq yaşlarımda  idim atamı itirəndə.  Gecə demədin, gündüz demədin  dərzilik edərək böyütdün məni.. gözlərini  Az  qala gözlərini itirirdin mənə görə.  Haqqını necə ödəcəyəm  bilmirəm zamanımda  bitdi deyəsən.. Nə  vaxt başım darda olsa sən gəlib qurtardın məni..  Ən son güldüyümdə balaca  uşaq  idim qonşumuzdakı yaşlı bir kişi idi məni güldürməyi  çalışırdı.. ondan sonra  güldüyümü xatırlamıram  hətta  gülməyin necə  bir şey  olduğunu  unuduram bəzən.. İndi fikirləşirəm  bu  dünyada məni   ən çox sən  fikirləşdin, ən çox  sən mənim yaxşılığımı istədin,  insanlar çox qəribədi  sevsən öldürərlər  sevməsən ölərəm..

İndi  ətrafıma  baxıram  partlayış səsləri  gəlir hər yerdən  torpaqdan qan  qoxusu gəlir. burası  çox qəribədi ana  insanlar  insanları öldürür.. adınada “müharibə”  deyirlər...bilmirəm  nə  qədər doğrudu  insanların bir-birini öldürməyi.. Ana axı sən mənə  demişdin ki,  insan insanı öldürməz.. indi olsan soruşardım  torpaq  üstündə belə olsa  öldürməyim?

Ən çoxda  nəyə pis oluram  bilirsən anacan haqqını ödəyə  bilmədim..  mənə haqqını halal  et  oldumu  ana? Hə  bidə  anacan  qonşumuzdakı   Gülnisə  xalanın  qızına  de  məni unutsun..  mən sevməyin  nə  olduğunu bilmirəm ama mənə  şərf  toxuduğunu  üçün  ona qəribə  hisslər keçirdim yəqinki sevgidir..  Səndən sonra  biri  məni  fikirləşmişdi mənim üçün əziyyət çəkmişdi.

Sağol Ana.. səndən xahişim  özüvü  çox yorma .. birdə  mənimçün  ağlama  bildiyimə görə  şəhidlik çox gözəl bir şeydi..


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+2=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0284 saniye