məktubum
Samir Kərimov tərəfindən "Digər yazılar" bolməsinə 19:40 06 aprel 2015 tarixində əlavə olunmuşdur

İki nəfərin bir birlərini sevməsi çox gözəl bir şeydi (təbii ki, oğlan və qızın). Amma birdən adamı elə bezdirə bilərlər ki, bu sevgi itə bilər. Ümumiyyətlə bizim cəmiyyətdə sevgi o qədər də əhəmiyyət daşımır (təəssüf ki). Bəzən mən bizim cəmiyyəti heç qəbul edə bilmirəm. Bəlkə də buna görədir ki, uzaqlara, dağlara, getdikcə daha uzaqlara gedirəm. Heç kim olmayan yerlər məni daha çox bağlayır özünə. Dağlar (zirvələr) - bilirsənmi necədir? Zirvədə dayanıb həmin cəmiyyətə baxırsan, o, sənin ayaqlarının altındadır. Onu əzə bilməzsən, amma ondan çox çox yüksəklərdə dayanırsan. Onu izləyirsən... o, elə kiçikdir ki... və sən elə nəhəng olursan... Allah ona görə böyük sayılır, çünki o da yüksəklərdədir...

Və sonra dönüb dağlara tərəf getdikcə orda heç kim yoxdur. Heç kim sənə heç nə demir,heç kim sənə yol göstərmir. Onsuz da orda yol yoxdur. Havada uçuşan quşların isə səninlə heç bir işi yoxdur. İstəyirsən qaç, istəyirsən yat, istəyirsən oyna, istəyirsən səsin batana qədər qışqır... istəyirsən dombalaq aş, fotoaparatla gözəl güllərin şəklini çək, gözəl mənzərələri çək, zirvədə oturub üfüqlərə baxaraq xəyallara dal... heç kimin sənlə işi yoxdur,ürəyindən gələnləri et... Orda toz-torpaqlı daşın üstündə oturub yediyim bir parça çörək mənə elə xoş gəlir ki, şəhərdəki restoranlar nə qədər sıxıcı imiş... orda insan anlayır təbiətə nə qədər bağlı olduğunu, əslində ordan gəldiyini... amma özünü unutduğunu... İnsan unudur amma təbiət unutmur... Təbiət bizi qəbul edir amma cəmiyyət yox... Çünki biz cəmiyyətə yox təbiətə bağlıyıq, ora aidik...

Ludovico sədaları altında sənə yazarkən bu qaranlıq və soyuq otağımda hiss edirəm ki, ayaqlarım donmağa başlayıb. Amma mən qaranlıq və soyuqda daha çox yaza bilirəm. Çünki mən ilhamı əzabdan alıram. Qələmdən süzülən bu qara mürəkkəb sanki damarlarımdan axan qandır, barmaqlarımdan süzülür. Sənin təbəssümündə tapdığım sevinc niyə ürəyimdə belə kədərə çevrilir?! Bu qaranlıq və soyuq otağımın işıqlanmasını və isinməsini istəyirəm. Qarşımdakı içki süşəsini atmaq istəyirəm, birdəfəlik... Axı mən içkidən ilham almıram, o. sadəcə məni yuxuladır. Onda mən elə sakit oluram həmişə olduğumdan daha sakit oluram. İndi barmaqlarım belə donsa da qəlbimdə elə bir istilik var ki... ‘sən’ istiliyi...

(heç ay nurunda kitab oxumusanmı? Mən oxumuşam. bu, çox gözəl olur...)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+7=
Hesaba giriş
Müəllif

Samir Kərimov
Əlaqə
Tel.:
051 627 36 84
E-mail:
samir_kerimli@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0274 saniye