Mələklər belə "görünür".
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 08:55 01 noyabr 2014 tarixində əlavə olunmuşdur

Ağappaq saç-saqqal. Dərin mənalı baxışlar. Qırışlarla dolu simadan yağan mehribanlıq. Titrəyən barmaqları arasından tökülən nemətlər...

Bu-Heydər babadır. Quşların ən yaxın dostu və qoruyucusu...

Hər səhər kiçik torbasını dolduraraq  evdən çıxırdı. Pilləkanları ağır-ağır düşərkən kiminsə ona yardım əlini uzatmasından az qala utanırdı. Əsa ilə addımlarını atarkən onu gerçəkdən tanıyan insanların dayanıb rəğbət dolu baxışlarından bir az narahat olsa da, heç nə demirdi. Tanınmaq ağlının ucundan belə keçmirdi demək olar ki.

Yaşı 85-i keçmişdi. İkinci Dünya Müharibəsinin "unudulmuş" qəhrəmanlarından idi. Veteran olmasına baxmayaraq heç vaxt bununla öyünməzdi. Orden və medallarla dolu  paltosunu şkafdan çıxardaraq baxırdı, sonra isə geriyə  qaytarıb dərindən köks ötürürdü. Nifrət edirdi "müharibə" adlı iblisə. Onun üçün fərqi yox idi-hansı dövlət, niyə. İnsan ölümlərini öz gözləri ilə görmüşdü. Kiçik oğlunu Qarabağa müharibəsində itirmişdi. O vaxt Heydər baba ağır xəstəliyə düçar olduğundan oğlunun ölümünü ondan saxlamağa çalışmışdılar. Amma gec-tez öyrəndiyində keçirdiyi hisslərə ad tapmaqda zorlanmışdı...

Gəlib skamyada əyləşərək quşları yemləməyə başladı...

Ətrafın mühafizəsi ilə məşğul olan cavan polis bu qocanı yaxşı tanıyırdı. Və hər dəfə gələn kimi onun yanında özünə yer edərək danışmağa başlayırdı. Heydər baba Səməd adlı bu cavana xüsusi rəğbətini gizlətmirdi düzü. Bəlkə də ona şəhid oğlunu xatırlatdığı üçün. Ən böyük oğlu hələ 14 yaşında ikən ayaqları tutulduğundan ömürlük əlil arabasına məhkum olmuşdu. Tanınmış zərgər idi.

Heydər baba həyat yoldaşını 10 il əvvəl itirmişdi. Və indi tək-təhna yaşayırdı...


... dəfə oxunub
Qiymət: 3/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+8=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0233 saniye