Məmləkətin üzqarası
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:25 15 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Uzun sürən gözləmənin ardından,nəhayət ki,sıra mənə çatdı.Katibə içəri daxil olub rəisinə məruzə etdikdən sonra məni qəbul etdi.Qışın oğlan çağında kabinetdə 28-dərəcə müsbət hərarət vardı.Rəisin kabineti Peterburqdakı “Ermitaj”muzeyinin qonaq otağını xatırladırdı.Əyəşdiyi kreslosu xeyli böyük olsa da,sanki bədən ölçülərinə bir az dar gəlmişdi. Qarnı ilə qarşısındakı masa arasında ara məsafəsini də,doğru-dürüst qoruyub saxlaya bilməmişdi. Rəisin köbəyi önündəki masaya tam pərçimlənmişdi. Yüksək səslə verdiyim salama cavab olaraq yekə başını yüngülcə tərpətməklə kifayətləndi.Əyləşmək istəsəm də,o,mənə bunu da,çox gördü:

-Perelifə(fasilə demək istəyirdi.Ü.C.)gedəcəm,tez elə,qısa elə...sənin məsələn nəydi?

-Mənim məsələm qısa,iki dəqiqəlik,ayaq üstə həll ediləcək deyil.

-O zaman sabah gəl.

-Zənn etmirəm ki,bu münasibətinizdən sonra,mən yenidən sizin qəbulunuza gəlim.

-Necə yəni?

-Nə isə,bu məsələni uzun-uzadı şərh etməyə ehtiyac duymuram.Yalnız 45-dəqiqəlik itirdiyim zamana təəssüflənirəm.

-Yaxşı,yaxşı əbədi(ədəbi demək istəyirdi.Ü.C.)sözlərini saxla özünə,mən acam abedimin(naharımın demək istədi.Ü.C.)vaxtı keçir.

-Hə,sizin üçün,bu anı qaçırmaq heç yaxşı deyil.Nahar fasiləsi bütün nəsnələrdən önəmlidir.

Ayağa qalxdı.Adamı son dəfə sezdim. “Aman Allahım,bu insandırsa,o zaman mən nəyəm,yox,əgər,mən insanamsa,bu məxluq nədir,kimdir?” deyibən də,öz-özümə sual etdim.

Kabinetindən çıxarkən ətrafı qaşlarla bəzədilmiş bahalı əl telefonu ilə zəng edib “təxirə salınmaz”tapşırıqlarını verməyə başladı:

-Şakı dörd tikə,altı döymə hazır elə,5-10 dəqiqəyə gəlirəm.

Rəis sağına soluna baxmadan ildırım sürəti ilə binanı tərk etdi.Vallah,insan övladının,bu cür məxluqa rəis,məmur deməyə dili belə varmır. Belələri olsa-olsa məmləkətin üzqarası olar...


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+27=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0361 saniye