Mən sənə nə yazım nə söyləyim ki,
Dalasan xəyala mən daldığım tək..
Gözlərin dünyadı dünyamda sanki,
Görürəm əksini hey andığım tək...
Dolursan ürəyə vurduğu zaman,
Sevgi beləmi olur bilməm ay aman,
Başımın üstünü alır çən duman
Duyuram adını tək qaldığım tək...
Deyirlər sevgidən yazırsan elə,
Bilirəm düşmüşəm söhbətə dilə,
Həsrətin açısın mən bilə-bilə
Cəkirəm içimə bax sandığım tək ...
Ayrılıq tanışdı yad deyil mənə,
Vüsalı dadınça bölündü tənə,
Od tutub yanarkən məhəbbətinə,
Kərəmdə yanmadı mən yandığım tək..
Məcnunda yanımda yalandı yalan,
Şahiddi sevgimə el aləm çahan,
Birçə sualım var,de sənə baxan,
Olubdur dünyada mən baxdığım tək...
MÜƏLLİF:SEYMUR SÖNMƏZ