MƏN BİLDİN SƏNİ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 22:19 31 mart 2016 tarixində əlavə olunmuşdur

Qoy, yağsın qəlbimə dayanmadan qar,

Bəlkə də birazca ürək soyuyar.

Doğurdan düz deyib bir vaxt atalar,

Söz sözü çəkəndə, mən çəkdim səni.

 

Oldum bir sevdanın qəmli məhbusu,

Əgər lillənibsə, durularmı su?

Budur ürəyimin əzəl arzusu,

Mənə qismət etsin qoy, əhdim səni..

 

Ehtiyac çəksə də könlümü dara,

Heç vaxt aldanmadım şöhrətə, vara.

Beş günlük dünyanın hər səmti qara,

Vəfalı yar bilib mən seçdim səni.

 

Gəl ötmə yanımdan duman-çən kimi,

Kimi gözləyirsən axı sən kimi?

Qoy, deyim bilsinlər, bir vaxt dən kimi,

Yazdığım şeirdə mən əkdim səni.

 

Seymura gülsə də çoxu qıraqdan,

Eşqimə dirilik dilədim Haqdan.

Yadına düşürmü, elə o vaxtdan,

Könlümün sultanı mən bildim səni...


              MÜƏLLİF:
SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət: 10/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0292 saniye