Mən bu gün öldüm
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 21:01 29 may 2015 tarixində əlavə olunmuşdur

Mən bu gün öldüm. Heçnə anlamırdım. Otaqdan çıxa bilmədim. Valideynlərimi çağırırdım, amma onlar yaxında deyildilər. Sonra nəfər ala bilmədim. Əllərimlə divarları tutmağa çalışsam da gözlərim yumulurdu. Ana, ata dedim, səsim artıq gəlmirdi. Ölmüş cəsədimi qucaqlayırdı sevən əllər. Amma mən artıq heçnə hiss etmirdim. Sonra artıq səmadan baxırdın insanlara. Valideynlərimin göz yaşları, insaların qışqırığı. Məni tabuta qoyub, torpağa basdırdılar. Anam tabudan əl çəkmir, tabutu qucaqlayıb, öpür, mənə layla çalırdı. Məni torpağa basdırıb, üstümə qum atdılar. Mən ölmüşəm. Bu nə olan şeydi? Axı mən səmadan baxıram, kiçik qanadlarım çırpınır. Ayaqlarımı daha yerə qoya bilmirəm, qaçmağım da alınmır. Daha yoxam. Bunu dərk edirəm. Amma o vaxt etmirdim, çünki körpəydim. Mən bağlı qapılar dalında qaldım. Səsimi eşitmədilər. Balaca ürəyim sadəcə durdu. Mən bu gün öldüm. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+10=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0249 saniye