Mən çox sevirəm…
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 12:11 21 aprel 2016 tarixində əlavə olunmuşdur

Pəncərədən baxmağı çox sevirəm… Pəncərə də insan kimi gah qapalı olur, gah da ki, açıq… Pəncərə insan qəlbi kimidir, gah plastikdəndir, sünidir, gah da ki, şüşədən, tez qırılandır… Pəncərə kimi şüşəsi gah tünd olur insan, qapanır, hamını görür, hamı üçün görünməzdir… Pəncərə kimi açıq rəngli şüşədən olanda hamı üçün açıq olur, hamını da görür, qarşılıqlıdır. Qəlb də pəncərə kimi bəzən kənar səsləri buraxır, bəzən təcrid edir bizi o səslərdən… Pəncərə də qapalı olanda insan kimi arxasında gizlənirik, müdafiə olunuruq, tünd şüşədən görürük hər yeri, qara rəngdə, bizi isə kimsə görmür, qorunuruq soyuqdan, yağışdan, qardan, küləkdən, baxıb müşahidə etsək də, bizim üçün təhlükəli, qorxulu olmur, açıq olanda pəncərə hər şey girə bilər, həşərat da, xəstəlik də, yağış da, soyuq da, istənilən şəxs də… Pəncərə kimi bizim önümüzü pərdə kəsmişdir…

Qalanı sevirəm… Bir hər kəsüçün məlum qapısı var insanın mənəvi aləmi, qəlbi kimi 3-4 gizli, yeraltı giriş-çıxış, yolları var, hər kəs üçün naməlum, qapalı… Qalanı müdafiə edən olur, alınmaz olur, tarixə düşür, yaxşı təməli varsa, dağılmır…

Təbiəti sevirəm… Dəyişsə də, təbiidir, gah vəhşidir, gah zərif, sakit, gah dağıdıcı, gah qoruyucu, gah da ki, yaradıcı… Mübarizəsi də təbiidir, seçimi də, etirazı da təbiidir, susqunluğu da…

Dənizi sevirəm… Qumluqda gəzinib, özümlə və ya kiminləsə, dənizlə də söhbət etməyi çox sevirəm… Dəniz gah sakitdir, tabe olandır, gah da inqilabçı, islahatçı, tabe etdirəndir… Gah da ki, liberal, ya da radikal… Kiminlə ünsiyyətdə olmadığından asılı olmayaraq, dəniz dinləməyi bacarır, insanlardan fərqli olaraq, öz dilində təsəlli verir, münasibətini bildirir, hər damcısında, ləpəsində, dalğasında…


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
e.gunel@azti.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0253 saniye