MƏN ÇOX UZAQLARA ÇIXIB GEDİRƏM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 15:10 12 oktyabr 2018 tarixində əlavə olunmuşdur

Tərk etdim beləcə bax bu minvalla,

Sənli duyğularla sənli xəyalla,

Nə səslə,nə çağır nədə soraqla,

Artıq ürəyimi sıxıb gedirəm,

Mən çox uzaqlara çıxıb gedirəm.

 

Qalmağa qalmayıb burada dözüm,

Tükənib taqətim,tükənib sözüm,

Kor olub gözlərim görməyir gözüm,

Sənli ümüdləri yıxıb gedirəm,

Mən çox uzaqlara çıxıb gedirəm.

 

Zamana güvəndim boş oldu güman,

Qismətim olubdu,qırov çən duman,

Qalmağıma heç bir səbəb olmayan,

Nifrət baxışlarla baxıb gedirəm

Mən çox uzaqlara çıxıb gedirəm.

 

Köksüm bir çeşməydi qurudu təmiz,

Bu şəhər nə qədər,sıxılıq qəliz,

Canımı götürüb səssiz səmirsiz,

Bağrımın başını yaxıb gedirəm,

Mən çox uzaqlara çıxıb gedirəm.

 

Əlvida bu şəhər,daha əlvida,

Edirəm əbədilk sənə son vida,

Yadigar tək qalan şəklini sonda,

Bağrımın başına sıxıb,gedirəm.

Mən çox uzaqlara çıxıb gedirəm .

***

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

Yazılma  tarixi:12.10.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0303 saniye