Mən günahkaram..
Xuraman tərəfindən "Şeir" bolməsinə 20:28 30 yanvar 2014 tarixində əlavə olunmuşdur

 

 

Mən günahkaram..

Unutdum insan olduğumu..

Unutdum gəldiyim yerə gedər olduğumu..

Susdum cəzalara,

Ağladım suallara..

Cavabların axtarmadım,

Yeni suallar yaratdım..

Mən günahkaram..

Hisslərimin əsiri oldum.

Unutdum min əsrlik köləliyi..

Unutdum misli görülməmiş "zənginliyi"

Mən günahkaram..

Əff dilənirəm..

Vicdan günəşini buladım əllərimə,

Günhalarımı sildim ətəklərinə,

Unutdum..

UNutdum çiyinlərimdəki mələkləri..

Unutdum boşadığım kimliyimi..

Unutdum hisslərimi..

Qaçdım ayaqlarımın dalınca..

Yolsuz oldum,

Yollar əyildi qarşımda

Və sürgünə məhkum edildi günahlarım..

Mən günahkaram..

Günahlarıma sığındığıma görə,

Görə bilmədiyimə görə görünənləri..

İcazəsiz topladığıma görə qırıq qəlbləri..

Günhakaram..

Və qaçıram sondan sona doğru..

Qışqırıram azadlığı divarlara doğru..

Amma duymur səssizliyin naləsini sirdaşlarım,

Amma görmür ümidlərin korlara verildiyini,

Və inamının uçuruma bağlı olduğunu da,

Sevginin kəlmələrdən asılı olduğunu da,

Hisslərin sonlardan qorxduğunu da,

Və uçduqca xəyal xalçamda,

Asacam günahları yanan bir evdən..

Və kipriklərim bu qədər yaş olmayacaq..

Unudacam cənnətin yolunu və uzaqlarda axtaracam sevincləri..

Mən aid deyiləm bu dünyaya..

Çünki aid deyil hisslər bu dünyaya,

Atasız uşaqların naləsini duyuram gecələr,

Və ağlayıram balışlara.

Yardım edə bilmədiyim sevgiləri gördükcə bulaşıram günahlara..

Mən günahkaram..

Qaçaq düşdüm  sorğulara..

İzlərimi itirdiyim yolları da səhv gedirəm artıq..

Mən bağışlardım savabları analara..

Amma mən günahkaram ..

Bunu belə bacarmaram..

Qocalmışam, unutmuşam uşaqların səslərini..

Yox olmuşam, unutmuşam günahsızın yoxluğunu..

Günahkaram..

Çünki mən vicdanını ana bətnində unudanların ölkəsindəyəm,

Çünki gəzə bilmirəm illəri..

Çünki axtarmıram daha səbəbləri..

Və Allahın xeyirlərinə açmışam qapıları..

Amma günah rüzgarı bağlamasın..

İndi mən susa bilmirəm..

Danışıram günahları sarsaqlara..

İndi mən gəzə bilirəm hisslərimin üstündə..

Mən günahkaram..

Çünki gedə bilmirəm..

Günahlardan uzaqlara.

 

 

 


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
5+32=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0401 saniye