Mən Haqqlıyam.. (İlk dörd bölüm)
Susqun tərəfindən "Hekayə" bolməsinə 00:14 08 fevral 2015 tarixində əlavə olunmuşdur

Xüsusi qeyd:

Bu əsəri oxumazdan öncə bəzi şərtlər olacaq.. Bu əsər sadəcə insanlar üçündür.. İnanclı ya da inancsız üçün yox, sağçı ya da solçu üçün yox, Barselonalı ya da Real Madridli üçün yox.. Sadəcə insanlar üçün.. Hansı insanlar? Onlar ki, dinləməyi bacarır, onlar ki, xəyal qurmağı bacarır, onlar ki sadəcə insandır.. Əgər bu əsərdən bir şey öyrənmək isdəyirsənsə, əvvəlki biliklərini kitabdan qırağa qoy.. Beyninin bu qədər həqiqəti götürüb-götürməyəcəyini bilmək üçün ən az 150+ İQ-ün olmalıdır.. Ya bütün oxuduqlarını "Susqunun fantaziyasi" kimi, ya da "Gerçək" kimi qəbul et.. Ona görə də bu əsər ya "fantastik" janrdadır, ya da "realist".. Seçimi sən edəcəksən..


Proloq..

Sabah oyandım. Çox şey dəyişməmişdi. Əvvəlki mən. Daima mental düşüncələrin hakim olduğu həyat və mən. Həftənin 5 günü iş və mən. İki günlük acı istirahət və mən. Ailə həyatı və mən. Yerinə yetməyən xəyallar və mən. Keçmişimdəki fərqli gələcək arzulayan mən və keçmişinə xain çıxmış mən. Haqqlı olacağını düşünə-düşünə haqqsız yaşayan mən. Bir sözlə mən, özü də ən istəmədiyim mən. Elə bil uşaqlıq xəyallarım dil tapıb üzümə tüpürürdü. Mən idim. Arzularımdakı mən yox. 7-8 dil bilən, kompüteri söküb-yığan, çoxlu dost-tanışı olan, maşınların markalarını, harda və necə istehsal olduğunu əzbərə bilən, silahları güllələrinin kaliblarıilə sıralayan, kitabları həftənin tək günləri adlarına görə, cüt günlərinə görə kateqoriyasına görə sıralayan, istirahət günləri İstanbula, Mançesterə, Praqaya gedən, ailəsilə daim xoşbəxt yaşayan mən yox. Bütün bunların tam əksi bir mən. Ayda 300-400 manatla yarımxoşbəxt ailə saxlayan mən. Bakıdan ən son nə vaxt çıxdığını unudan mən. Kitab oxumağa belə vaxt tapmayan mən.
Ancaq bu gün fərqli bir şey oldu.Uşaqlıq dostumla rastlaşdım küçədə. Özü də güclə tanıdım onu. Uşaq vaxtı yaxın dost idik. Hər gün bir yerdə idik. Yaxşı ki bu gün onunla rastlaşdım. Adını da dəyişibmiş. Bütün həyatını. Hər şeyə yenidən başlayıb. İnsandakı iradəyə bax. Yenidən, sıfırdan başlayıb. Oturduq, xeyli dərdləşdik.. Özümü tərifləyəcək heç bir səbəbim olmadığını gördüm. Bu insanın gördüklərinin yanında mənim həyatım əsl heç idi. Söhbətimizin sonunda Elvindən bir şey istədim. Bunu istəməsəydim bəlkə də elə həyatımın sonuna qədər də kölə kimi yaşayacaqdım.
Üzr istəyirəm, özümü təqdim etməyi unutdum. Adım Elxandır. Yuxarıda necə biri olduğum haqqda yazdım. 25 yaşında yarımxoşbəxt biri. Həyat yoldaşım da təngə gəlmişdi mənim çarəsizliyimdən. Bir müddətdən sonra hətta ayrıldıq. Uşağımı da görə bilmirəm. Necə görüm axı? Heç özümü saxlaya bilmirəm. Yormuyum səni, son bir ay ərzində demək olar ki hər gün Elvinlə görüşdük. Bütün həyatımı yenidən başladım, sıfırladım. Ancaq Elvin bunu tək etmədi. Fərqli dövrlərdən, fərqli yerlərdən tanışları ilə etdi. Bəlkə də 30-a yaxın müxtəlif insanla görüşdük. Dəlixanadan bir dəli ilə, AMEA-dan bir alimlə, həkimlə, əksəriyyətimizin tanıdığ siyasətçi ilə, heç birimizin tanımadığı xakerlə, türmədən bir qatillə, barda bir fahişə ilə, 19 yaşında biri ilə belə. Sosiumun müxtəlif kateqoriyasından olan bu insanlar özlərini və həyatlarını müdafiə edirdilər. Yəqin hüquqşünas olmaq istəsəydim möhtəşəm bir kurs keçmiş olardım, hər bir insanı qoruyacaq, himayə edəcək informasiyaya sahib olmuşdum. Əgər uşaqlığımda psixoloq olmaq istəsəm yəqin mütləq bu insanlar haqqda bilməliydim, xaker olsam mütləq bu tip insanları mesajlarını və bioqrafiyalarını oxuyuaraq yaxından tanıyardım. Bir sözlə, Elvinin də yaxından iştirak etdiyi 19 müxtəlif insanla söhbətlərimizi paylaşıram, mən bu əsəri yazarkən həyatımı 25 yaşımda yenidən qurmuşam. Başlayaq.

Bölüm 1.. Xaker..

Qarşılaşdığımız ən güclü 19 nəfərdən biri, bəlkə də mənə görə ən güclüsü "xaker" idi. Adı Azad idi. Heç vaxt xaker olmağı düşünməmişdim. Ümumiyyətlə sadəcə xakerlərin varlığından xəbərdar idim. Kimlər idi, nə edirdilər, kim maliyyələşdirir, kimə lazımdır, niyə lazımdır, ümumiyyətlə rəsmidir, ya qeyri-rəsmi? Heç bir məlumatım yox idi. Azadı tanıyana qədər. Güclü zəkası var. Məncə hər bir şirkətin, hər bir dövlətin ən azı belə bir işçisi olmalıdır ki rahat olsun net sahəsində. Yəni ki internetdə.

19 Sentyabr 2014. Hava elə də soyuq deyildi. Elvin mənə zəng etdi ki, gəl, bir dostum gəlib Ruminyadan, həm hava limanından qarşılayıb gətirək, həm də oturub üçümüz söhbətləşərik. Razılaşdım. Bu gün səhər məhkəmədə həyat yoldaşımla ayrılmışdıq. Həyat yoldaşımın ailəsi imkanlı olduğundan, atam da buna görə məni danladı. "Fərsiz gədə, fərsiz, əlindən bir zibil gəlmir, bir ailəni də saxlaya bilmirsən, güclə tapmışdıq o qızı sənə, gül kimi qız idi", elə bu "gözəl" telefon danışığından sonra müdirim zəng etdi və dedi ki "sabah gəl ərizəni götür, axırıncı günündür, niyəsini soruşma". Əslində bir etiraf edim ki, qayınatamın vasitəsilə bu şirkətə düzəlmişdim, adını çəkməyəcəm bu şirkətin. İndi isə qovulmuşam və 99% əminəm ki həyat yoldaşımla boşandığıma görə, qayınatam da mənə "qulaqburması" vermişdi. Üstəlik evimi də, maşınımı da əlimdən almışdılar. Bir şey deyim, özüm qazanmamışdım deyə mənə bu şeylər hamısı dəyərsiz gəlirdi. Bircə övladıma görə narahat idim, onu da məhkəmənin qərarıilə həftədə 2 dəfə görəcəkdim. Hələ ki rahat idim.
Hava limanından Azadı götürüb oradan restorana getdik. Elvinin tanışlarından biri olduğundan bizim üçün xüsusi "reserved" masa hazırlanmışdı. Menyuda nə varsa yeyə biərdik və bizdən hesab almayacaqlardı. Deyəsən restoran sahibi Elvinə hansısa yaxşılığının əvəzini belə qaytardı.
Azad öz hekayəsinə başladı:
-Adım Azaddır. Hazırda xakerəm. Heç bir şirkətdə, nə dövlət nə də özəl müəssiəsədə işləmirəm, heç bir dövlət üçün çalışmıram. Təhsilimi FBİ-da almışam. Düz 3 ilimi itirmişəm peşəkar xaker olmaq üçün. Xaker olmaq üçün vaxtdan çox şey lazımdır. Yəni hər kəs 3 ilini sərf etsə xaker olacaq deyə bir şey yoxdur. İlk öncə sənin tolerantlığın müzakirə edilir. İnan ki kiməsə vacib deyil ki sən teistsən ya ateist. Ya da hansısa ideologiyanı və ya təşkilatı dəstəkləyirsən ya da dəstəkləmirsən. Əsas odur ki şüvən olmayasan. Yəni ki sırf kimsə sənin ideologiyana xidmət etmir deyə sən onun profilini qıra bilməzsən. Səni güdmürlər, inan heç kiminsə vecinə də deyil ki Azad görək kimin mesajlarını oxuyur. Ancaq seçəndə elə insanlar seçirlər ki tolerant olur. Yəni mənim kimi. Mən heç bir ideologiya üçün nə kiminsə virtual mülkünü dağıtmaram, nə də ifşa etmərəm.
Elə bu anda özümü saxlaya bilmədim və uşaq vaxtı küt müəllimlər tərəfindən beynimə qazıdılan informasiyaya görə bu sualı verdim.
-Bəs 20 Yanvar günü erməni saytları qırmırsan? Bu ki onlara dərs verir? Ya da kimsə ateizmi təbliğ edirsə, ya da kiminsə dinini təhqir edən səhifə açıbsa onlara "qulaqburması" vermirsən?
Mənim bu sualıma Elvin və Azad qəhqəhə çəkdilər. Özümü balaca uşaq kimi hiss etdim. Səhv sualı verən o balaca, heç nə bilməyən uşaq kimi. Ancaq bir şeyi bilirdim ki "bir şeyi soruşsan 5 dəqiqə, soruşmasan ömür boyu axmaq qalassan". Elə bu fikirlə özümü təsəlli etdim. Azad sözə başladı:
-Bax, gəl iqtisadi baxımdan fikirləşək, əgər bunu fikirləşsək məntiq özü gələcək. Sən tutaq ki xakersən, istəyərsən əks firmada, şirkətdə ya da dövlətdə olan kolleqana xeyir verəsən?
-Əlbəttə yox, dəliyəm? Niyə xeyir verim ki düşmənə?
-Ay sağol. Mən 20 yanvar günü 100 dənə sayt dağıdıramsa 21 yanvarda həmin sayt sahibləri erməni xakerlərə xırda məvaciblər ödəyir ki gəlin bu saytları bərpa edin. Beləcə mən 1 gün əziyyət çəkərək, qarşılıqsız işləyirəm və sabahsı gün mənim erməni kolleqalarım xeyli qazanırlar. Bilirsən bu vətənpərvərliklə bağlı bir şey deyil, mənə əgər müəyyən qədər məvacib ödəsələr mən həmin saytları yerli dibli silərəm, ya da silmək istəyən xaker bunu elə edər ki heç bərpa etmək olmaz. Biz əgər bunu etsək dövlət bir xakeri müdafiə etməyəcək, bu da avtomatik olaraq mühariəbəyə gətirir. Səncə dövlət Azadın tərəfin tutar ya 10 milyon xalqın?
Bu sözü eşidəndə əməlli başlı gic oldum. Necə olur ki mən məsələnin bu tərəflərini fikirləşə bilməmişdim axı? Azaddan davam etməsini xahiş etdim.
-Xaker olmaq həqiqətən də məhsuliyyətli bir işdir. Tutaq ki sən bir qızı sevirsən və sənə maraqlıdır ki görüm bu qız kimlə nə danışır axı?
Yenə dayana bilməyib Azadın sözünü kəsdim. - "Hə, hə, sən bəs belə etmisən?" Bu sözümdən sonra Elvin yenə güldü, bu gülüşü mənə elə təsir etdi ki elə bildim mənimlə zarafat etmək üçün məni bura gətiriblər, yox, haqqına qalsa iki "dahi"-nin yanında oturmuşdum və mən doğurdanda yaşıma-başıma uyğun olmayan uşaqyana suallar verirdim.
-Yox, Elxan, heç vaxt. Bu tolerantlıqdan irəli gəlmir. Sənə bir şey deyim də. Səncə ciddi bir münasibətdə olduğun birilə qarşılıqlı inam vacibdir ya yox?
-Əlbəttə, Azad. İnam olmasa heç o münasibəti başlamağa dəyməz.
-Ay sağol. Bax, görürsən qarşılıqlı inam yoxdursa, hansı ciddilikdən gedir söhbət? Əgər məsələni daha dərindən bilmək istəyirsənsə deyim, ilk dəfə 9-cu sinifdə oxuyarkən belə bir şey etmişdim.
-Neçə yaşın var ki?
-19.
Azad 19 yaşının olduğunu deyəndə sanki, tutuldum. Məndən illərlə kiçik olan biri gəlib mənə dərs keçir. Məyus oldum. Yox, indi məyusluğumla getsəm heç nə ğyrənə bilməyəcəkdim. Ya 5 dəqiqə axmaq olmaq ya ömür boyu.
-İlk dəfə uşaq olanda bu səhvi etdim. O vaxt heç nə bilmirdim, necə etmişdim özüm də bilmirdim, deyəsən bəxtə-bəxt alınmışdı. Ancaq oxuduqlarımdan sonra anladım ki səhv etmişəm, səhv o deyildi ki profili qırdım, yox, 5 illik dostumla sevdiyim qızın sevgili olduğunu görmüşdüm, səhvi həm sevməkdə həm dədost tapmaqda etmişdim.
Özümü saxlaya bilməyib "Gördün, o vaxt onu etməsən bəlkə də bilməzdin"-dedim. 1 dəqiqə sükut oldu. Uşaqlığım üçün üzr istədim. Deyəsən sözünü kəsmişdim Azadın. Bu vaxt söhbətə Elvin qoşuldu.
-Elxan,15 yaşındakı uşağa "gördün" deyən 25 yaşlı bir insan. Səncə kim haqqlıdır? "Görməyi" dərk etməyən 15 yaşlı uşaq ya.. ?
-Mən haqqlı deyiləm, üzür istəyirəm..
-Yox, Elxan, üzürə ehtiyac yoxdur, sadəcə emosiyalarını cilovlaya bilmirsən, bu hər kəsdə olur.
Azaddan söhbətini davam etdirməsini istədim.
-Xakerlər ümumiyyətlə müxtəlif kateqoriyalara bölünürlər. Ağ şapkalı xakerlər, qara şapkalı, boz şapkalı və s. 
Elvin Azada bunları keç, onsuz da Elxana köməyi dəyməyəcək, sən əsas şeylərdən danış dedi.
-Yaxşı, Elvin. Bilirsən bizim qazanc sistemimiz necədir? Bu "əsas"dır səncə?
-Həə, əlbəttə, danış görək. - dedim.
-Əgər dövlətə "işləyirsənsə" dövlət özü sənə müəyyən qədər məvacib verir, ya da hansısa şirkət üçün çalışırsansa, yəni ki normal aylıq maaş sistemilə, özü əksər peşə sahiblərindən xeyli çox qazanırıq, ancaq gərək adın-sanın olsun, bu ad-sanı da qazanmaq üçün cavan xakerlər adətən düşmən ölkənin saytlarını qırır ki yəni ki tanıyın məni. Bu pəhləvanların güc göstərisinə bənzəyir. Anonymous haqqda eşitmisən heç? Bu xaker qrupu maaş almır, maaş verir, yəni ki dövlətin və demək olar ki bütün dünyanın pul dövriyyəsinə onlar (yəni ki biz) nəzarət edirik. Nə vaxt nə qədər lazım oldu çəkirsən, həyatını yaşayırsan.
-Bəs.. Bəs bu maraqsız olmaz? 18 yaşın var və hər şeyin var, üstəlik nə iş görürsüz ki?
-Biz insanlığı qoruyuruq, həqiqətən. Bir növ nəzarət sistemiyik. Xırda qollarına kimi. Bu gün MTN-dən "Asan Xidmət"-ə kimi, AMBML (Azərbaycan Milli Böyük Mason Lojası)-dən LGBT (Lesbian, Gay, Bisexual, Transsexual)-yə kimi hamısı xakerlərin nəzarəti altındadır. Bütün şirkətlər, kooperasiyalar, banklar, təşkilatlar hesbat verir özündən yuxarıya. Bu hesabatlara biz nəzarət edirik və "yuxarılar" adı da elə "nəzarət edənlər" ya da elə bizlərik. Biz nə massonlarıq, nə illuminati, nə başqa bir şey. Biz texnologiya dövründə texnomanlarıq.. Biz bütün internetə nəzarət edirik. Azərbaycanda kim kimə "aşkım, səni sevirəm" yazır, kim kimə "qaqa, Real bolşe gələr" yazır hamısını oxuyuruq. Ən xırda mesajlara belə. "Oxumasaq belə bütün məlumatları depolayırıq ki, lazım gəlsə oxuyacağımız yerdə olsun, hətta mümkün hər yerdən silsən belə".
Bunları biləndə qismən dəli olmuşdum. Yəni necə olur ki hər şeyi bilirlər? Bəlkə bu bizim ziyanımızadır? Azad davam etdi..
-Xakerlik güclü olmaq deməkdir, məhsulliyətli olmaq deməkdir. Gücünü doğru istifadə etməkdir. Çox bilmək deməkdir, təsəvvür elə ki hər kəs də silah var. Hamının cibində. Kim ani olaraq əsəbiləşirsə bir güllədə qarşındakının həyatını bitirir. Buna görə də hər kəsdə silah yoxdur. Çünki "idarə edənlər" və bu qabiliyyətə sahib olan insanlar çox azdır. Buna görə də hər kəs xaker deyil. Təsəvvür elə ki hamı bir-birinin mesajlarını oxuyur, hər kəs güclüdür, hər kəs idarə edir. Nə baş verər? Xaos. Böyük qarışıqlıq. Buna görə də biz insanları qoruyuruq. Ancaq, bir problem də var ki bütün bunları bilmək sadəcə məsafə yaradır. Bilgi məsafədir. Bildikcə insanlardan uzaqlaşırsan. Heç ağlına gəlməyəcək şeylər öyrənirsən.
Azadın nə demək istədiyini tədricən anlamışdım. Son bir sual verdim Azada.
-Mənə texnologiyaya aid heç vaxt bilmədiyim, bəlkə də bilə bilməyəcəyim bir şey deyə bilərsən?
Azad fikirləşdi. Elvinə "Net" məsələsini izah edim? - deyə soruşdu. Elvin isə razılıq əlaməti olaraq başını yellədi.
-İnternet nədir yəqin eşitmisən də?
-Hə.
-Bax, hazır ol, sənə bir şey deyirəm, əslində bütün kainatda mövcud olan tək varlıqlar insanlar deyil, bunu sonra Elvinlə müzakirə edərsən, sənin beynindəki kimi onlar yaşıl varlıqlar deyil, nə də Quranda yazıldığı kimi cinlər deyil. İnsanlardan ən az 10-15 dəfə güclü texnologiyaya sahib varlıqlar var. Və uzaq qalaktikaların birində öz "varlıqlarımızın" başçıları müəyyən dövürdən bir yığışıb müəyyən şeyləri müzakirə edir. Elə bil ki Qafqaz regionunun hər üç ölkə prezidenti yığışıb regional söhbətləri müzakirə edir. Qalaktikada "regional" anlayışı. Mən sənə 19-cu Qalaktika müharibəsini danışsam sən bu gecə dəli olarsan.
-Sən hardan bilirsən ki bunları?
-Gələk "net" termininə. Net sözünü hələlik Tarix sözü ilə əvəzləyirəm. Biz hansı tarixləri öyrənmişik? Dünyanın ümumi tarixi var. Hər ölkə dünya tarixini qismən, öz ölkəsinin tarixini isə nisbətən dərindən bilməlidir. Yəni ki biz Azərbaycan Tarixini də bilməliyik. Net də belə bir şeydir. Buradakı Azərbaycan tarixi isə "İnterNET" olur. Dünya tarixi "net", Azərbaycandan əlavə olan tarix isə "EkstraNET" adlanır. İnternet özü 6 təbəqəyə bölünür, elə bil ki Paleolit, Mezolit, Neolit kimi. Ən qədrim olanı ən az məlumat olan dövrdür. İnternetdə də elə. Ən dərində olan "Deep" ən az girilən və ən dəyərli informasiyaların saxlandığı informasiyalardır. Bizim istifadə etdiyimiz internet, yəni ki "Facebook", "Google", "Youtube" və s. hamısı Surface internetdir, buna dayaz internet də deyə bilərik. Adətən internetin sxemi aysberq şəkli ilə izah olunur. 20%i görünür, 80%i isə görünmür.. EkstraNET isə demə olar ki heç kəs məlumat vermir.
-Azad, lap beynim şişdi, necə inanım bunlara?- deyib özümçün qeydlər aparırdım.
-Ya hamısına inan, ya da heç birinə, əlindən tutub səni o qalaktik iclasa aparası deyiləm, öz işindir.
-Sonra, Azad? Daha nələr deyə bilərsən?
-Bu qədər informasiya bəsindir, dostum, bəsindir. Dediklərimi qeyd etdinsə mütləq araşdır, çalış heç vaxt "xaker"-lərə söymə ki sənin şəxsilərini oxuyur, çünki mən dediklərimdə haqqlıyam..


Bölüm 2.. Proqramist..

Azadla söhbətdən sonra beynimdə "zəlzələ" olmuşdu. 19 yaşında biri mənə əməlli başlı dərs keçdi, sonda "bəsdir" deməsə daha susmaq fikri yox idi, hər danışdıqca mən öz dayazlığımı dərk edirdim. O qədər qeyd yazmışdım və xeyli araşdırmalar apardım. Xakerlər haqqda nə qədər məlumat yığmışdım. Hələ Azadın "net" haqqda dediklərindən sonra əməlli başlı psixoterapiyaya ehtiyacım olduğunu düşündüm. Mən hələ "kompüter" və "internet"-in ayrı-ayrı şeylər olduğunu indi-indi anlayıram, adam gəlib mənlə "ekstranet"-dən danışır. Gördüm ki cavabsız suallar və sualsız cavablar məni narahat edir. Sentyabrın 30u idi. Elvinə zəng etdim. 
-Hər vaxtın xeyir, Elvin, bir şey deməliyəm sənə.
-Buyur, nə baş verib? Ciddi nəsə olub? Səsin yaxşı gəlmir?
-Görüşə bilərik? Məsləhətləşəcək birinə ehtiyacım var, deyəsən ani olaraq Azadın dedikləri məni çox yüklədi. Bilmirəm. 11 gündür rahat yatmıram. Yatdığımı belə xatırlamıram. Kömək et. Suallar məhv edir məni. Elvin.
-Okay, harda və neçədə görüşürük?
-Mümkünsə 1 saata həmişəki yerdə.
-Oldu, rəis, qonaq gətirim?
-Azadı? Yox, yenə informasiyaları ilə məhv edəcək məni.
-Yox, bu başqa adamdır, gəlsin? Beynin dözəcək?
-Yox, qalsın, ya da gəlsin, hə alınacaq.
-Əminsən?
-Hə, Elvin, hələlik, 1 saata görüşəciyik.

1 saat sonra dənizkənarı parkda, öz skamyamızda "həmişəki yerdə" oturduq. Bu yerdə mənim xeyli xatirəm var. Ona görə "həmişəki yer" deyirik. Elvin gəldi. Yanında da bir dostu var idi. Qısa tanışlıqdan sonra dostumuzun güclü bir proqramist olduğunu dedi. Əvvəl "Team 19"-da işləyərkən Elvin, Azad, Rüstəm və Amal bir işləyiblərmiş. Gələn isə Amal idi. Deyilənə görə öz sahəsində rəqibi yoxdur. Görüşdük. Elvin ənənəyə sadiq qalıb, 6 dənə portağal suyu, 12 dənə smit almışdı. Bizim "həmişəki yerdə"-ki həmişəki menyumuz. Necə də inanılmaz hissdir illər sonra bu yerdə olmaq. Axırıncı dəfə Elvinlə məktəbdən çıxıb gəlmişdik bura. 
-Deyəsən Azad səni çökdürüb:
-Bir az, sadəcə beynim anbara oxşuyur, kitabxanadan fərqi odur kikitablar yerində deyil, qarışıq şəkildədir, yerinə oturmayıb, var ancaq..
-Başlayım sənə bir iki şey danışmağa? Ağır olmaz, dostum?
-Buyur, Amal..
-Proqramist olmaq. 21-ci əsrin yaradıcılarıyıq. Texnologiyaya aid nə var biz yaradırıq, sən proqramların necə yaradıldığını bilirsən heç?
-Yox, oyunların necə yaradıldığını eşitmişdim, o da ki yenə başqa proqramlar vasitəsilə. Belə xəbərim yoxdur, düzü heç fikirləşməmişəm də.
-Notepad eşitmisən?
-Hə.
-Bax hər şey o proqramdan başlıyır. Bütün proqramları notepadda proqramlaşdırırıq.
Bu vaxt özümü saxlaya bilməyib gic sual verdim.
-Bəs o notepad necə yaranıb?
Bu suala Amal və Elvin lap qəş eləyib güldülər, söhbətə Elvin davam etdi.
-İndi bir azdan fəlsəfəyə keçəciyik ki, maddə birinci yaranıb ya yaradan? Sonra da xırdalaya-xırdalaya ilk maddənin necə yarandığını bilməyə gedəcək söhbət.
Mən müsəlman idim, dini baxış olaraq da tolerant idim, ancaq bu məsələyə belə gülməkləri nə yalan deyim, xətrimə dəydi. Bir şey demədim. Elvin elə məni görüb davam etdi.
-Proqramistdən öncə gəl sənə mən fəlsəfədən danışım, yaradılış nəzəriyyələri, "big bang", "7 ağılasığmaz fərziyyə" və s. Hələ bolca smitimiz və portağal suyumuz var.
Elvin aramızda ən imkanlı idi desəm yanılmazdım, ancaq gənc tələbələr kimi smit və portağal suyu ilə qidalanırdıq, bu Elvində ən sevdiyim cəhətlərdən biri idi. Deyəsən artıq onlar kimi olmağa başlamışdım, xırda şeyləri görə bilirdim. Elvin davam etdi.
-Yaradılış haqqda ən sadə iki fərziyyə var. Mən heç birinin tərəfində deyiləm. Birincisi teizmdir, yəni sadə izahda "Allah" və ya "Tanrı" var, bütün kainat, qalaktikalar, planetlər və s. hamısını bir yaradan qüvvə yaradıb. Bu dindar düşüncədir. İkincisi isə Marks və Engelsdən başlayan, Darvində təkamül edən ateizmdir, yəni ki sadə izahda bütün nə var nə yox bir maddədən yaranıb. Bura kimi anladın?
-Hə, bunu yəqin ki hamı bilir.
-3cü nəzəriyyə hər ikisini inkar edir. Belə ki nə Teizmin dediyi kimi Tanrı müqəddəs deyil nə də ki bir maddədən yaranmamışıq.
-Necə olur ki bu? 
-Yəni ki Tanrı əslində bizdən texnologiyaca xeyli üstün bir varlıqlardan biridir, gəlir dünyaya möcüzələr göstərir və gedir, insanlar isə onu müqəddəs sayır, ona sitayiş etmək istəyir, çünki o güclüdür, onun texnologiyası zəngindir.
-Tam anlamadım.
-Gəl sənə bir hekayə danışım. Bunu adaşının kitabından oxumuşdum. İkinci dünya müharibəsi dövründə Amerika əsgərləri Avstraliya şimalında düşərgə qururlar. Buradakı yerli tayfalar ingilis dilinə oxşar dildə danışırlar. Əsgərlədən biri John, bir gün gəzintiyə-kəşfiyyata çıxır. Bunu görən yerlilər Johnnu tutmaq və öldürmək istəyirlər, çünki John yerli qəbilə adətlərindən birini pozmuşdu. Belə ki Johnu tutub öldürmək istəyəndə John silahını istifadə edib yerlilərdən birini yerə sərir. Bunu görən yerlilər çox qorxurlar. Bu tayfanın ən güclü texnologiyası yəqin ki taxtadan hazırlanmış balıqtutan alət idi, Glock Gen-19 markalı silahdan atılan atəş haqqda necə bilsinlər axı? Və beləcə John situasiyanı anlayır. Ondan qorxduqlarını bilib John tayfaya hədə-qorxu gəlməyə başlayır, əgər mənə qarşı kim gəlsə cadu edəcəm, onu edərəm, bunu edərəm.. Tayfa başlayır qorxmağa. Və sözsüz ki Johna sitayiş edirlər, ən gözəl təamları Johna verirlər, tayfanın ən gözəl qızları Johnun olur. John isə müharibə dövründə dəfələrlə bura gəlir və tayfaya yeni şeylər öyrədir, hətta Johnun heykəlini də qoyurlar və övladlarına "bir gün John gələcək və bizi xilas edəcək" öyrədirlər. Müharibə qutarır və John Amerikaya qayıdır. Bəlkə də indi ölüb ya da nə vaxtsa öləcək. Ancaq həmin tayfa hələ də Johnu müqəddəs qəbul edir, hətta digər tayfalardan gələn Johna inanmayanlara işgəncələr edirlər, çünki ilk dəfə texnologiyada uduzdular, beyinləri kölə olaraq qaldı. Hətta illər sonra həmin tayfa texnologiya baxımından keçsə də Amerikanı John əbədi yaşayacaq, necə ki insan ilk eşitdiklərini, ilk müəllimini, ilk oda toxunuşunda "cızz" elədiyini və s. unutmur. Yəni ki 3-cü fərziyyə Tanrının başqa planet və ya qalaktikada yaşayan "John" olduğudur. Nə müqəddəs deyil ki ona sitayiş edək həm də ki, onun güclü texnologiya ilə "Adəm və Həvvanı" yaratması daha inandırıcıdır..
-Beynim çökdü, Elvin, necə gözəl izah etdin, yəqin ateistsən?
-Hə, danışım 4-cü nəzəriyyəni?
-Hə, əlbəttə, buyur, Elvin.
-Burada həm "Ateizm" həm də "Teizm" təsdiqlənir.
-Bu necə olur ki?
-Yəni ki həm Teizmin dediyi kimi hər şeyi Tanrı yaradıb, həm də Ateizmin dediyi kimi hər şey təkamüldən, bir maddədən yaranıb.
-Necə? Nə cür? Bu mümkündür?
-Hə. Sadə və qısa izah edim. Hər şey "Tanrı" adlı bir maddədən yaranıb, sonradan bu maddə təkamül edərək çoxlu boşluqlar, qalaktikalar, ulduzlar, planetlər, varlıqlar, insanlar, uzaylılar, dinozavrları və s. yaradıb. Özü özünü təkamül edəərək mövcud olan ən güclü maddəyə çevrilib və artıq özündən yeni şeylər yaradır.
-Bir şey deyə bilmərəm, bəs 5-ci?
-Burada həm Ateizm təsdiqlənir həm Teizm, sonra isə hər ikisi inkar olunur.
-Beynimə restart verməli olacam, necə olur ki?
-3-cü və 4-cü fərziyyələri birləşdir. İlk olaraq Tanrı adlı maddə təkamül edir və qalaktikaları yaradır, beləcə hər iki fərziyyə təsdiqlənir, sonra təkamül etmiş Tanrı insanları yaradır və onların arasına gəlir, dini kitablar, peyğəmbərlər və s. Deməli Tanrı müqəddəs deyil və Tanrı var. Bu cümlədə hər iki cərəyan iflas edir.
-Mən çökdüm, Elvin, 6-cı və 7-ci fərziyyələr bəs?
-Onları demiyəcəm, hələ hazır deyilsən, sənə 5-ci fərziyyədə ağır idi. Gəl sənə "Entiropiya"-dan danışım.
-O nədir ki?
Amal davam etdi:
-Entiropiya Termodinamikanın ikinci qanunudur, sənə izah edim də. Ancaq Günəş qalaktikasını fikirləş. Elə bil ki Günəş qalaktikası çarşafdır. Günəş kimi milyonlarla yanan və daima istilik və işıq verən ulduzlar var. Bu istiliklər çarşaf şəklində olan qalaktikanı "yandıraraq" yığılmasına gətirir, beləcə müəyyən vaxt istilikdən qısılan çarşafşəkilli kainat qısıla-qısıla yığılır və balacalaşır, sonda Entiropiyaya görə kainat beləcə məhv olacaq. Bu fərziyyənin sahibi Benjamin Thompsondur.
-Mən heç nə bilmirəmmiş ki.
-Quantum fizikası və quantum fəlsəfəsi var bir də. 
-Xahiş edirəm, yetər, proqramist biri ilə söhbətləşməyə gəlmişəm və siz mənə yaradılışdan danışırsız, nə əlaqə?
Elvin smitini yeməyə davam etdi. Amal başladı ki:
-Buradan bir yerə gedəcəyik. Əvvəlcə fəlsəfi-yaradılış fikirlərini bilməlisən sonra mənim proqramistliyə aid fikirlərimi. Hardasa oxşardırlar. Ona görə bir daşla iki quş məsələsi. Hazırsan?
-Deyəsən hə.
-Bizim yaratdığımız bir robot var.
-Nolsun ki?
-Yox adi robot deyil, insan DNA-sına sahib robotdur.
-Bunu yaponlar ya da amerikalılar artıq kəşf etməyib ki?
-Yox, bu sənin TV-də gördüklərindən deyil, biz səhvən..
-Bunun bura nə dəxli var?
-Biz bir insan robotuna "hissiyat" vermişik.
Bunu eşidəndə ya zaraftın içində olduğumu ya da bu adamların dəli olduğunu düşündüm. Geriyə yol yox idi. 
-Necə? Robot və hisslər? Nə danışırsan? Bu mümkdünr ki?
-Səncə niyə bir proqramistlə danışasan ki? O robot adi robot deyil. Onu necə düzəltmişik, nə əziyətlərimiz var. Diyan sənə başdan danışım.
-Buyur, əlbəttə.
-iPhone-larda barmaqla işləmə funksiyasını bilirsən? TouchİD, ya da ki Smart Stay? Smart Stay Samnsunglarda gözlə açılma funksiyasıdır, eşitmisən? Xəbərin var?
-Hə. Nə olsun ki? Nə dəxli?
-Səncə bunlar niyə "icad olunub"?
-Yəqin insanların həyatını asanlaşdırmaq üçün.
-Yox, insanlara "gedin DNA-larınızı verin, biz saxlayaq, nə vaxt lazım oldu istifadə edək demək əvəzinə belə şeylər icad ediblər"
-Mənim DNA-mı neyləsinlər ki?
-Sənin DNA-nla səni yenidən yarada bilərlər.
-Kimə lazımam ki axı mən?
-Azadın dediyi kimi. Sadəcə depolayırlar, nə vaxt lazım olsa hazır olsun. Bizim bu insan robotu sən ağlındakı robotlardan deyil. Əsl insan görünüşündədir. Elvinin uşaq vaxtı ölmüş qardaşıdır. Robot kimi yaşayır. Sadəcə"hiss"-lər əlavə etmişik. 
-Bu necə olur axı? İzah edin mənə.
Elvin smitlərin və portağal suyunun bitdiyini görüb, "alım, gələcəm, siz davam edin"- dedi. Amal davam etdi.
-Hər bir insanın əslində ən az 19 hissi var. Ən az. Sadəcə bizə uşaqlıqda bunu öyrətməyiblər deyə 5dən sonraki bütün hisslərə "6-cı hiss" deyirik. Bu hiss əslində Sezmək adlanır. Sezgi. Sənə "Deep Veb"-dən araşdırdığım bir şeyi deyəcəm. Paskal üçbucağı deyə bir şey var. Həndəsədəki Tusi-Paş üçbucağı yox ha. 19 dənə 1 rəqəmindən təşkil olunmuş üçbucağ. Buradakı hər bir "1" bir hissi ifadə edir. (Bunun şəklinə baxmaq üçün Google-da axtarış edə bilərsən). Gələk DNA məsələsinə. Bu cür DNAlar yığılaraq İnternetin ən daxilində saxlanılan (6-cı səviyyə dərinlik) "GeneMİX" adlı DNA bankında və ya DNA deposunda saxlanılır. Burada ikinci bank isə texnoloji yolla gəlməyən DNA-lardır ki ikisi ümumilikdə bütün insanların (ta Adəmdən) DNA-sı saxlanılır. Və hər kəsin DNA kodu və ya "İD kodu" var, başqa sözlə telefonlardakı "İMEİ" kodu kimi. GeneMix isə Google şirkətinə məxsus ən böyük lahiyyədir. Gələk robota. Elvinin qardaşına. "Cyborg" və ya insan robotu. O bəlkə də ilk insan robotudur ki "hisslər" funksiyası aktiv edilib, adi insandan tək fərqi sadəcə "ölməməsidir", lazım gələndə "batereykasını dəyişirik" bu qədər..
-Nə deyim bilmirəm. Görməyim mümkündür bu robotu ya da insanı? Görəsən ona robot desəm inciyər məndən?
Elvin razılaşdı. Amal da həmçinin. Elvin davam etdi:
-Bəlkə indi gedək?
-Niyə də yox?
-Okay, ancaq sənin gözlərini bağlayıb aparacam, çalış məni anla.

Yol boyu Amalın dedikləri beynimdə rəqs edirdi. Nə qədər bilmədiyim şey var imiş. Paskal üçbucağı, cyborg, Deep Veb, GeneMix, DNA Bank, insanın 19 hissi, Entiropiya, 7 nəzəriyyə, hansı ki hələ də 2sini bilmirəm.. Sadəcə araşdırmaq üçün qeydlərimi yığırdım..


Bölüm 3.. Cyborg..

Gəldik o gizli məkana. Elvin mənə gedə biləcəyimi xatırlatdı. Çünki bu həqiqətən ağır ola bilərdi. Bir insanşəkilli robot. Görəsən dəmirdən idi? Ya hansısa metaldan? Bəlkə tamamilə başqa maddə adı öyrənəcəkdim? Elə yoldaca Elvinə ilk sualımı verdim.
-Elvin, mən "o"-na necə müraciət edim? Nə deyim? Məndən inciyə bilər? Nəzakət qaydaları? Həyəcanlıyam, bilmirəm nə edəcəm, necə olacaq. Necə axı? Mümkündür bu? Bir şeylər de onlara əməl edim.
-Bilirsən.. "Qardaşıma" "Jack" adını vermişəm, uşaq vaxtı itirdiyim DNA-ya sahib qardaşım. Bu çox qəribə hissdir. Dəmirdən deyil, Bunu sənə görüşəcəyin kimya müəllimi izah edəcək, xüsusi maddədən hazırlanıb, belə ki insan dərisini əmələ gətirəm o maddələri mi deyim, hüceyrələr mi deyim bax həmin hissəciklərdəndir, ancaq əlavə qatqı var ki bu həmin hüceyrələri nisbətən sabitləyir, belə ki "hüceyrələr müəyyən vaxtdan sonra əvvəlki halına qayıdır" bu bilirsən nəyə oxşuyur, internetklublardakı "Club Timer Client" proqramıilə işlədilən komputerlərə, belə ki komputerə nə yazsan, nə pozsan, nə etsən, sonda restart verirsən və kompüterdən bir an üçün olan anı "backup" edir (bərpa) və həmin nöqtədən başlayır. "Karusel DNA"-sı deyirik biz özlüyümüzdə buna. Sən bunu "X-Men" filmində daha yaxşı izahını görə bilərsən. Bir oğlan var heç vaxt qocalmır. Yara alsa belə daima eyni andan hüceyrələri bərpa olunur. Ancaq tək fərq var. Beyinə aid komponentlər daima dəyişir, yaddaş, şüur, düşüncə, məntiq və s. Qardaşım Jack-da da eyni şeylər var, ancaq onu 19 yaşından həyatı başlayır və 19 yaşına kimi bütün bilikləri mənim biliklərimdir. Narahat olma, çox bilikli və çox anlayışlı biridir, mən deməsəm heç fərqi anlamazsan ki insandır, o da yemək yeyir, ağrı hiss edir, qanaxma yaşıyır, yaraları olur, nəfəs alır. Fərqi budur ki bunlardan birini etməsə ölmür. Sadəcə sistem sönür.

Çatıdq. Budur artıq Jackla görüşürəm. Əlimi sıxanda keçirtdiyim hissin adı yəqin "dissmorfofobiya"-dır. Bunun da izahını Elvin verdi. Dismorfofobiya elə bir qorxudur ki insan bir üzvünün artıq olduğunu və ya düzgün olmadığını düşünür və o orqanından qurtulmaq istəyir. Mən görüşəndən sonra sağ qolumu kəsdirmək istəyirdim, bir robot əlimi sıxdı, nəfəs alır, danışır, gülür, mənsə hiss etdiklərimi yazmaqda acizəm.. Sağ əlimi hiss etmirəm. Elə bil zəhərləyiblər, ya da keyidiblər. Elvin deyir ki 1 saatdan sonra ayılmışam. Çox ağır bir hissdir. Tüklərim biz-biz olmuşdu. Hə yadıma düşmüşkən onun da tükləri var idi.
-Salam, mən Elxanam, sən kimsən?
-Səmimi ol, adım Jack-dır, dilimizə uyğun olsun deyə "Cəmil" deyə bilərsən hələlik, rahat ol, ikimizdə bir-birimizi tanıyırıq. Rahat ol.
-Necəsən?
-Bir insan kimi..
Bu cavabı mən əməlli başlı məhv elədi. Heç vaxt "necəsən" sualının əhəmiyyətin bu qədər dərk etməmişdim, həmişə ya suala sualla cavab verir "sən necəsən" deyərdim ya da "normal, belə də" kimi boş cavablar verərdim. "Bir insan kimi" cavabında sözün əsl mənasında nakaut olmuşdum.
-İstəyirsənsə gəl kofe iç, rahatladar səni, bilirəm çox şey öyrənmisən deyə beynin yüklənib, ancaq sakit ol, hər ikimiz insanıq.
-Rahatlaşmağım vaxt ala bilər, anlayış göstər. Necə hiss edirsən? Ümumilikdə? Zamanla düşünürsən ki heç "niyə robotam" ya da kaş ki "ölə bilsəydim"? Yəni bizlər ölümlüyük, sənsə ölümsüz, fərqi nədir? Necə hiss etdirir? Danış görək.
-Ölməyəcəyimi fikirləşəndə bir az rahat olmuram, ancaq Elvinin dediyi kimi "Mümkünsüz heç nə yoxdur", məni bərpa etməyə bilərlər və bir daha aktivləşməyə bilərəm, bu da bir ölümdür.
Bu sözü mənə "bir robot da səndən çox bilir" kimi gəldi. Demədim bunu ona. Necə deyim ki ?
-Bir şey deyə bilərəm sənə, Elxan?
-Əlbəttə, buyur.
-Bir robot dinlərə inana bilər? Ya da siyasi bir ideologiya? Səncə mümkündür?
-Bilmirəm, bəlkə də.
-Sən inanırsan?
-Hə. Müsəlmanam. Niyə soruşdun ki?
-Sənə din və siyasət haqqda danışmaq istəyirəm..
-Bir dəqiqə. Bunların nə mənası var ki? Nə anlamı var ki? Elvin heç özü heç bir ideologiyayla razılaşmır, niyə ki? Sən necə razılaşacaqsan ki?
-Öyrənməli olduğun çox şey var. Sabah bura mütləq gəl. Ətraflı danışarıq.
Beynim lap getdi bu sözdən sonra. Yəni nə mənası olacaqdı ki? Nəyə görə axı? Elvin, Amal və mən gəldiyimiz kimi qayıtdıq. Yenə gözümü bağladılar. Olduğum yerin heç bir pəncərəsi yox idi. Deyəsən yeraltı yer idi. Bunu otağın rütubətinə görə deyirəm. Çatdıq. Bulvarda Elvin işi olduğunu bildirib getdi. Amal isə mənə yarımçıq qalan söhbətini danışmağa başladı. Sən demə proramistlərin elmi "Kibernetika" sayılırmış, yəni "qurucular" onlardır, texnologiyanın qurucuları, bütün texnoloji kodlaşdırmalara Kibernetika baxırmış. Kodlaşdırma elmi isə Kriptoqrafiya adlanırmış. Amal ilə o qədər də uzun söhbət edə bilmədik. Son sözünü isə unuda bilmərəm.
-Bəlkə də sonuncu dəfə görüşürük, bir şeyi bilməlisən ki proqramistlər ən məhsuliyyətli işə sahib olan peşə yiyələridir, bu məhsuliyyətlə də işimi görürəm, gələcəkdə əgər Jack-in məndən uzun ömür sürdüyünü görsəm onda anlayacam ki mən əsl proqramist həyatı sürmüşəm və mən haqqlıyam. Həyatımda ilk və çox güman ki son dəfədir ki robot "yaratmışam", əksər kodlaşdırmasını özüm etmişəm, heç vaxt anlamadığım Kimya-Biologiyasından, Məntiq, Fəlsəfə, Psixologiyasına qədər.

Bölüm 4.. Siyasətçi..

2 Oktyabr 2014. Gecəni yatmamışam. Həyatımda bu qədər içməmişdim bir gecədə. Əslində içkini Elvinin məsləhətilə müəyyən vaxtlardan bir müəyyən ölçüilə içmişəm. Bu mənə həm ayıq qalmağa kömək edəcəkdi, həm də sərxoş etməyəcəkdi, ancaq yuxusuzluq öz sözünü deyirdi, beynimin göstəricililəri zəif idi. Özüm üçün mahnılara qulaq asır, qeydlər yazır, silir yenidən yazırdım. Beynimdə çoxlu sual var idi. Üstəlik normal bir işim belə yox idi. Bakı Dövləti qurtardığımı dünən xatırladım, ona görə də bir neçə şirkətə CV göndərmişdim. Əksər CV göndərdiyim vəzifələr ya psixoloq olmaq üçün, ya hüquqşünas olmaq ya da xüsusi araşdırmacı agent (dedektiv) olmaq üçün idi. Son vaxtlarda öyrəndiklərim mənə xüsusi inam vermişdi, elə bil hər 3-ünü edə biləcəkdim. Ancaq işə qəbul olmazdan əvvəl mən bu insanları - Elvini, Amalı, Azadı, Jack-i və özümü tam dərk etməliydim. Heç nə bilmirdim. Ya da bildiyim çox şey var idi. Ancaq bütün bu məlumatlar öz qabında deyildi, qarışıq idi. Elə bil ki bir insanın kitabxanası var, digərinin anbarı. Hər ikisində də hər şey var, ancaq kitabxanası olan bilir ki nəyi hara qoyub, qısa vaxtda tapa bilər, anbarı olan da hər şeyə malikdir, ancaq tapmaq lazım olanda gərək xeyli əziyyət çəksin, ona görə də anbardan kitabxana düzəltməliydim.

Günorta radələrində mənə tanımadığım, ancaq xeyli "qiymətli" bir nömrədən zəng gəldi. Açıb-açmamaqda tərəddüd etdim. Fikirləşdim ki yəqin kimdisə səhv düşüb, gec-tez bunu anlayar, beləcə 6 cavabsız zəng gəlmişdi. 7-ci zəngdə bir az da gərgin şəkildə telefona cavab verdim.
-Nə lazımdır?!
-Elxan bəylə görüşürəm?
"Bəy" sözü məni yumşaltdı. Nahaq yerə çəmkirdiyimi anladım. Yəni cavab olaraq o da qışqıra bilərdi, ya da məni axtarırsa bu mədəniyyətsizliyə görə elə o saniyyə telefon zəngini bitirə bilərdi. 6 cavabsız zəng və 7-ci zəngdə o mədəniyyətsiz cavab. Mən axı belə deyildim, mən belə olmamalıydım, görəsən beynimdəki suallar məni gərginləşdirmişdi? Ya son günlərdə yaşadıqlarım?
-Bəli, Elxandır, buyurun.
-Mənə dünən Elvin mesaj atdı ki sizlə görüşməliyəm, əlaqə nömrənizi də Elvindən almışam, bir ünvan desəm orada görüşə bilərik? Ancaq şəhərdən bir az uzaq yerdir, sakit və məsləhətli yerdir.
-Əlbəttə, görüşək, ancaq görüşmə səbəbimiz nədir? Siz kimsiz?
-Sizə bir şey barəsində danışmalı və hüquqi məsləhətlər verməliyəm, yəni Elvinə çoxdandır ki özümü borclu hesab edirdim, dünən zəng etdi, məndən bunları xahiş etdi, mümkündür ki görüşək, ətraflı orada danışaq?
-Olar, siz ünvanı deyin, mən yazım.. Aha, çox sağolun, yəqin 2 saata orda olaram. Hələlik.

İki saatdan az müddətdə həmin ünvana çatdım. Bağ evi idi. Görünür imkanlı bir adamın evində qonaq olacaqdım.
-Siz Elxansız?
-Aha.
-Buyurun, keçin içəri, adım Abbasdır.
-Lap gözəl, yəqin ki mən haqqda məlumatınız var, tanışlığımıza şadam.
Həyət evi. Çöldə qurulmuş 5 nəfərlik şam yeməyi olacaqdı çox güman.
-Siz əyləşin, qısa zamanda Cəmil, Elvin, və Amal da gələcək.

15 dəqiqədən sonra artıq bu 5 nəfər bir süfrə arxasında idi. Söhbətə Elvin başladı.
-İlk öncə hər kəsə dəvətimi qəbul edib gəldiyi üçün təşəkkür edirəm, həm də bizi qonaq etdiyi üçün xüsusi təşəkkür Abbasa. Bu gün burada toplanmağımızda xüsusi bir səbəb var, daha doğrusu bir iş görməliyik. Sizin kimi dəyərli dostlarımdan biri olan Orxanın başına böyük hadisələr gəlib. Bu gün böyük planımı sizə danışacam və Orxanı azad etməliyik, Orxan hazırda Buxarestdədir. Tutulub. Əgər kimsə mənimlə bir yerdə bu işi görmək istəmirsə anlayaram, ancaq xahiş edirəm ki əvvəlcədən desin.
Hamı bir ağızdan, "səninləyik", "o nə sözdü, dost deyilik?" tipli sözlər dedi. Yəni hamı sona qədər bir-birimizə dəstək olacağımızı söylədi. 
-O zaman yeməyimizi yeyək, sonra mən planları izah edərəm.

Şam yeməyindən sonra içəri keçdik, padval kimi bir yerə düşdük, deyəsən Abbasın gizli yeri burası idi. Mən ilk dəfə gəlsəm də bu insanlar neçə dəfəsə əvvəlcə burada olmuşdular. Elvin löhvəyə keçdi. Biz isə oturduq. İki kreslo bir divan və iki stul var idi. Hiss olunur ki burada nə planlar qurulmuşdu. Divarda graffiti sənət örnəkləri var idi. Bilyard stolu, padvalın özünün mini mətbəxi, divardan asılmış "darts" oyunu, böyük LCD və Playstation konsolu, kareoke oxumaq üçün mikrofon, stolun üstündə qeyri-adi kitab və jurnallar, (ya da mən ilk dəfədir ki görürdüm) rəfdə 500-dən çox kitab, digər rəfdə original kompakt albom CD-ləri və s. Görünür Abbas təkcə maddi yox, həm də mənəvi olaraq zəngin idi. Yəni belə bir "ofis"-i var idisə ən azı 4-5 dostu var idi. "4-5" deyib keçməyin, bu günlərdə "1" dostu belə olmayanlar var.

Elvin flomasteri əlinə alıb hekayəni danışmağa başladı.
-Orxan. Dünən axşam radələrindən tutulub, özü də Bakıda, Azərbaycanda yox, Ruminyada, Buxarestdə. Niyəsini dəqiq bilmirəm. Böyük ehtimalla oğurluğuna görə. Ancaq Orxan adi oğrulardan biri deyil. Orxan içəridə olmalı deyil, olsa belə çıxmalıdır.
Bir anlıq duruxdum. Bir oğrunu niyə xilas edək ki? Yəni cammaat halal əziyyətlə qazanacaq bu da oğurlayacaq? Xeyir ola? Və biz niyə gedib Orxanı xilas edirik ki? Qalıb da. Lap belə əccəb olub. Əlimi qaldırdım ki fikrimi bildirim. Özümü lap məktəb illərində hiss etdim. Elvin "buyur, sözünü de" dedi. Mənsə bu beynimdən keçənləri dedim. Elvin davam etdi:
-Düzdür, oğruları xilas etmək düz deyil, heç mən özüm bu işə girişməzdim əgər söhbət normal bir oğrudan getsəydi, ancaq Orxanın digər oğrulardan fərqi var, özü də böyük. Bu insan öz işində dahidir, yəni həqiqətən dahi oğrudur, öz işinin mükəmməli. Bu nə Lotu, "Varafısqoy" deyil nə də xırda ehtiyac üçün oğurluq edən biri. Orxanın işləri adətən texnologiya üzərində olur, gedib telefon, kompüter oğurlamıre, sənə 2 sual verməklə sənin kredit kartından bütün pulunu öz şəxsi telefonuyla çəkə biləcək bir oğru. Mən o insana heyranam, həqiqətən, zamanla başqa bir sahədə hətta "Team 19" adı altında bir yerdə işləmişik, öz sənətinin dahisidir, mükəmməlidir.
-Deyirsənsə yəqin elədir. İki şey soruşacam, birincisi "Team 19" haqqda, ikincisi də "2 sualla" oğurluğu necə edib ki? 
-İkinci sualını saxla, bir neçə gündən sonra Orxanın özündən soruşarsan, "Team 19" isə vaxtılə mövcud olmuş Azərbaycanın ən güclü xaker-proqramistlərinin komandası idi, mühafizə sisteminə demək olar ki biz baxırdıq, bir növ virtual-guardianlar idik, komandamızda hər kəs 19 nəfərin olduğunu bilirdi, 20-ci adam isə sürpriz idi. Bu gün əgər o komandadan 3 nəfər burdadırsa (Elvin, Amal və Abbas) və sağdırsa biz o 20-ci adama çox şey borcluyuq.
-Mən deyəsən bu filmin çox bölümünü qaçırtmışam, danışacaqsız? Ya maraqsız-maraqsız oturub gözləyim ki axırda nə olacaq? 
-Abbas, başlıyırsan?
-Hə, Elvin, başlıyıram.. Deməli, Elxan, burada gördüyün adamlar (Cəmil xaric) əvvəl mövcud olmuş bir komandanın üzvləridir. Hansı ki irimiqyaslı işlər görmüşük. "Septinistlər" haqqda eşitmisən heç? 
-Yox. Nədi ki? Təşkilatdır?
-Hazırsan? Sənə böyük bir hekayə danışacam. Heç vaxt inana bilməyəcəyin bir hekayə. 
-Yəqin. Diyan, qeydlərimi edim ki sözünü kəsməyim, sonda suallarımı verərəm.
-Olar. "Septini" sözü Latış dilindən tərcümədə "7" mənasını verir, rəqəm yəni. Dünyada mövcud dillərdən çox azında bu rəqəm 7 hərfdən ibarətdir. Bizim "Team 19"-umuz bu gün sadəcə bir arxivdə qalıb. O da Buxarest Parlament Sarayındakı Virtual muzydə.
-Demirsiz elə güclü proqramistik, xakerik, girin sistemlərinə qırın da? 
-Məsələ o virtualdan getmir. Bu holoqrafik bir muzeydir. Elə bil ki sənədi skaner vasitəsilə kompüterə yükləyirsən sonra sənədi yandırırsan, ancaq o kompüterdə qalır, sənəd (arxiv) holoqrafik şəkildə 5D formatında mövcuddur, yəni onun olduğu kompüteri belə silmişik, ancaq o kompüterin canlandırdığı şüalardan yaranan holoqrafik virtual sənəd qalıb. Sənədə toxunmaq olmur, içindən keçmək olur, sadəcə uzaqdan dayanıb oxumaq olur. Keçək "Team 19"-un hekayəsin. İllər öncə 19 müxtəlif insanı bir "naməlum" şəxs bir araya toplayır. Bu 19 nəfərin biri hələ körpədir, digəri dəli, biri riyaziyyatçıdır, digəri oğru, biri kompüter ustasıdır digəri sırf zövqünü oxşasın deyə qardaşını boğub öldürmüş biri. Yəni cəmiyyətin ən nifrət etdiyi, ən anlamadığı 19 insan. 5-6 il təlim keçdik. Bizə Quran, Kaballah, Talmud kimi kitablar öyrətildi. Bizə Psixologiya, Fəlsəfə, Məntiq, Siyasət, Teologiya, Texnologiya kimi elmlər dərindən öyrədildi. Biz "seçilmişlər" idik, ancaq niyə seçildiyimizi, kimin seçdiyini hələ də bilmirik. Biz cəmiyyətə qarşı vuruşmalıydıq, ancaq cəmiyyətlə bir yerdə. Bu 19-cu komandanın böyük işləri olur. Həm Azərbaycanda həm də qıraqda. Bu barədə məlumat verə bilmərəm, biz bunu bilənləri öldürmüşük və bu barədə harda məlumat varsa məhv etmişik. Ancaq bil ki bu 19 nəfər böyük işlər gördü. Sonda noyabrın 19-u olan faciəyə kimi. Məkanımız terror təşkilatı tərəfindən partladıldı. Bəlkə də bizim ehtiyyatsızlığımzdan idi, ya da xəyanət etmişdilər. Bilmirəm. Mən gözümü açanda Tibetdə idi. Xüsusi müalicə alırdım. Heç vaxt görmədiyim varlıqlar və texnologiyalar tərəfindən. Mən təkcə öz hekayəmi danışım sənə. O partlayışda ayaqlarımı və əllərimi itirmişdim. Üzüm tamamilə yanmışdı. Tibet müalicəsi məni bir baxıma "reinkarnasiya" etdi. Beynim və biliklərim saxlanılmaq şərtilə DNA Bankdan oğurlanmış "Filankəsov Filankəs"-in DNAsı mənə köçürüldü. Mən o "Filankəsəm" - Abbasam. Sənədləşdirilmə ilə adım da dəyişdirildi. Barmaq izlərim, gözaltı qırışlarım vəs. Mənə aid olan təkcə beynim idi. Yeni həyata başladım. Mənə "get, siyasətçi kimi yaşa" dedilər, vəzifəm, mülküm, var-dövlətim hər şey hazır idi. Məni həyata qaytardıqları üçün onların dediyini etdim. Buna bənzər hekayə Elvinin, Amalın, Elgünün və digər komanda üzvlərinin başına gəlir. Sən Elvinlə sinifyoldaşı olanda belə onun adı başqacür idi. Ancaq bu 19 nəfərdən cəmi 7-si həyatda qalır. Sonra Elvin bu "19"luğu yenidən qurmağa cəhd edir. Belə ki o "Septini - 7 psix" təşkilatını yaradır. Əslində təşkilat da demək olmaz. Sadəcə o əvvəlki "Team 19"-un 7 üzvünün sağ olduğunu bilirdi, bir baxıma təsəllisini bu "Septinistlər"-də tapdı. "Team 19"-un bi qolu olan "Septinizm" 3 qız və 3 oğlandan təşkil olur. Ən qeyri-adi insanları Elvin 19 müxtəlif ölkədən bir araya yığır. Ən güclüləri, ən qeyri-adiləri. Ancaq Elvin "Team 19"-un o səhvini təkrar edir. O da qurucunu, yəni 1-ci psixi gizli saxlayır, di gəl bu dəfə 1-ci adam heç olmur, bəziləri deyir ki 1-ci psix ölkədən qaçır, bəziləri onun yox olduğunu, bəziləri də 1-ci psixin elə 2-psix olduğunu deyir.. (Ətraflı "Septini - 7 psix" əsərimdə) Ancaq Septinistlər 7 il fəaliyyətdən sonra xəyanətlə üzləşir. Daha doğrusu bilərəkdən edilməyən bir xəyanət. Xalq öz silahdaşlarına, öz aparıcılarına xəyanət edir, bilmədən. Psixlərdən 5-i edam edilir, biri İranda asılır, biri deyilənə görə Sibirə sürgün edilir, digərinin beynini gözümün qabağına parçalayırlar. 1-ci psix və 2-ci psix isə qalır. (Elvini nəzərdə tutur). Sonra dövlətimizdə (2014-cü ildən etibarən) siyasi yüksəliş dövrü başlayır. Yox, Septinistlər maneə deyildi, əksinə inkişafın qarşısını alanları aradan götürmək üçün bir vasitə idi. Siyasətçi olaraq deyə bilərəm ki siyasət qəribə elmdir. Burada ilk qayda budur ki yalan yoxdur, ancaq öz dövlətinin rifahı üçün yalan deyə bilərsən, burada ən qəddar qanunlar belə yaxşılıq üçündür, Kabballahda deyildiyi kimi: "İnsanlar iki cürdür. İdarə edənlər və idarə olunanlar".
İdarə edənlər heç bir ideologiyaya "bulaşmayanlardır". Nə dini, nə siyasi, nə irqi, nə cinsi, nə əyləncə məqsədli nə də başqa bir ideologiya. İdarə olunanlar isə bu ideyalardan biri üçün özünü fəda etməyə hazır olan, ən azı şüurunun dərinliklərində bu ideyanı daşıyanlardır. Faşistlər, LGBT-çilər, Xristianlar, GS-lılar ya da Türkçülər. Dünya əhalisinin 99%i deyərdim ki idarə olunanlardır. Dövlətin, və ya hansısa idarə edənlərin bu "idarə olunanlar" üzərində hakimiyyəti danılmazdır, olmasa xaos, anarxiya olar, ən qəddar addımların arxasında belə mütləq bir həqiqət, uzaqgörən bir məqsəd var. Hazırda ən böyük yaxşılaşdırma siyasəti "Yevgenika"-dır. Bu siyasi-proses müxtəlif zamanlarda, müxtəlif məkanlarda tətbiq olunmuşdur. Bu insan nəslini bioloji yaxşılaşdırma siyasətidir. Bunun tarixdə Hitler və "yaxşılaşmış" Alman nəsillərində təzahürünü görə bilərik. Kaballaha görə insan nəsillərinin yaşaması üçün ən ideal məkan Baykal gölü ətrafı ərazilərdir. (Xəritədə sərhədlərini belə göstərdi). Ancaq bura ən saf və ən yüksək ağıl səviyyəsinə sahib olan insanlar girə biləcək, bu "süni Cənnət" olacaq. Əslində "Cənnət", "Reinkarnasiya" , "Utopiya" və s. gözəl məkanlar illərdir tətbiq olunmayan, xəyali aləmdir. Massonlar əgər dinləri yox edə bilsə, o zaman bu cənnət istifadəyə veriləcək, çox güman 4-cü insan savaşından sonraya təsadüf edir. (4-cü dünya müharibəsini nəzərdə tutur). İnsanlar maksimum texnologiya ilə super xoşbəxt şəkildə yaşayacaq. Üstün zəkalar və sağlam insanlar. Bu insanlar xəstə olmayanlar deyil, xəstəliyinə çarə olan insanlardır. İnsan kainatda mövcud olan minlərlə (bəlkə də milyonlarla və ya artıq) yaşam forumlarından ən üstününə çevriləcək. Beləcə 19-cu qalaktika müharibəsindən sonra (Bütün yaşamforumlar arasındakı son beynəlvar müharibə) ən üstünə çevrilir. Sonuncu, yəni 19-cu qalaktika savaşı bizim dünya müharibələrimizə bənzəmir. Burada qan tökülmür, ya da başqa bir şey. Sənə bu müharibədə uduzanların başına gələnlərdən danışım. Bir qalaktikanın sakinlərinin əlindən bütün texnologiyası alındı və rekardaionları (yaddaşları) sıfırlandı, elə bil ki Adəm və Həvvadan yenidən təzahür etdilər. Bir qalaktikanın sakinlərini yerli dibli yox etdilər (nano parçalarına qədər parçalanıb hər bir xırda hissəciyi qalaktikanın müxtəlif yerlərinə göndərildi, söhbət milyard üstü milyard dənə hissəcikdən gedir ki bu hssəciklərin də daima genişlənən qalaktikada yenidən bir puzzle kimi araya gəlmə ehtimalı yəqin ki mümkünsüzdür, bəlkə də bizim say sistemi o ehtimala "sonsuzda bir" deyir sadəcə olaraq), digər qalaktik forumları beynəlvar məhkəmədə (Beynəlvar məhkəmə - Bütün yaşam forumlarının, eləcə də insanların hüquqlarının tanıldığı məhkəmə) əbədi boşluğa göndərildi (qara dəlikdə qaldılar, və ya "karusel cəzası" daima o dəliyin içində eyni əzabları təkrar-təkrar yaşayırlar, heç vaxt ölmürlər, yunan miflərində olduğu kimi). Əgər insanövladları (massonlar) bu süni Cənnəti qura bilsə biz 20-ci müharibəyə ən üstün yaşamforumu kimi girəciyik, bəlkə də elə bir gücə sahib olacıyıq ki təkcə biz müharibəni dayandıracıyıq. Ancaq bu gün əksər insanlar (dindarlar) massonlar haqqda təsəvvürləri belə yoxdur və onlara nifrət edir. 
Uzun sözün qısası biz o virtual muzeydən Septiniyə aid məlumatları silməliyik, planı qurmuşduq, Orxan isə bunu özbaşına etməyi qərara aldı, çox güman da tutulub. İndi biz onu xilas etməliyik. Bu qədər.
-Abbas, biz axı bilmirik Orxanı kim tutub? Nə vaxt tutub? Biz Buxarestə gedənə qədər Orxanın başına nə gələcək? Harda olacaq? 
-Mən sənə bu qədər texnologiya danışdım sən mənə xırda ehtimaldan danışırsan. Biz Orxanın belə edəcəyini düşünüb (nəzərə alıb) bu planı qurmuşuq. Yəni əslində planın ikinci addımındayıq. Orxanın tutulmağı birinci addım idi. İndi gedək ya yox? Danışım bir az da siyasətdən?
-Əvvəlcə suallarım var, Azərbaycan haqqda mənə danış, Qarabağ və gələcəkdəki məsələlər.
-Bir şeyi bil, bəsindi. Dünyanı bir azdan pul və kapitalizm idarə edəcək, başqa bir quruluşda, sadəcə insana ehtiyac olmayacaq, hətta 3-cü dünya müharibəsi virtual olacaq, bəlkə də başlıyıb artıq. Ən uzunmüddətli müharibə olacaq. Torpaqlar isə heç kəsin vecinə olmayacaq. Yaşana bilinən ilk planetin kəşfi "vətən", "şəhid", "bayraq", "sərhəd" kimi anlayışları köklü şəkildə məhv edəcək. Və insan sonra bütün qalaktikalarda yaşaya bilmək üçün xüsusi bir cihaz icad edəcək ki bu icad insana oksigenlə yox, istənilən qaz ilə nəfəs sistemini təmin etməyə kömək edəcək, istənilən temperatura uyğun bədənimiz olacaq. Beləcə sahib olduğumuz saysız planetlər və qalaktikalar insanlar üçün "Vətən", "torpaq" kimi şeyləri unutduracaq, artıq o qədər çox olacaq ki heç kəsə lazım olmayacaq. Elə bil ki hamının pulu var, hamı güclüdür, iqtisadi infilyasiya kimi. Dövlət daxilində pul çoxdur və pul dəyərdən düşür. Bax belə torpaq infilyasiyası olacaq. Bir azdan başqa bir insanla görüşəcəksən. Ondan dinlərin necə məhv olacağını soruşarsan. Bir də ki "4-cü dünya müharibəsi" haqqda. Oldu?
-Baş üstə. Bütün məlumatlara görə çox sağol.

Bu son söhbətimiz oldu. Veşlərimi yığıb getdim. Başqa ünvanda məni bu söhbətin davamı gözlüyürdü..

(davamı olacaq..)


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0308 saniye