Mən, hər kəs deyiləm...
Salma adi xatirələrdə yada məni...
Düşünmə,
Haqqımda heç nə düşünmə...
Ağlama arxamdan,
Çıxma özündən mənə görə...
Mən, hər kəs deyiləm...
Mən, hər kəs deyiləm...
Fikrini sadələşdirmə,
Özünü ucuzlaşdırma,
Ruhunla cismini
Qarşılaşdırma...
Mən, hər kəs deyiləm...
Mən, hər kəs deyiləm...
Yalan danışma mənə görə
Kimlərəsə
Ağız açma...
Yazığın gəlməsin mənə,
Yox, istəmirəm arxamdan ağlayasan,
Aciz bilmə məni...
Mən, hər kəs deyiləm...
Mən, hər kəs deyiləm...
“Hamı belə deyir... Hamı elə düşünür...”
Bu fikirlər mənə aid deyil,
Yox,
Heç həyat da mənə layiq deyil...
Mən, hər kəs deyiləm...
Yalnızlıq ruhuma işləyib mənim,
Bəli...
Yalan istəyim deyil,
Amma danışıram,
Özüm, özüm olmağa
Çalışıram...
Mən, hər kəs deyiləm...
Mən, hər kəs deyiləm...
Qan tökmək istəmirəm,
Savaşmaq istəmirəm.
Sadəcə özüm olmaq,
Özüm kimi yaşamaq
İstəyirəm...
Mən, hər kəs deyiləm...
Mən, hər kəs deyiləm...
Xoşbəxtlik arzumdur,
Var-dövlət deyil.
Gözəllik arzumdur,
Eyş-işrət deyil...
Mən, hər kəs deyiləm...
Mən, hər kəs deyiləm...
Fikrimdə ancaq azad yaşamaq,
Bir quş kimi uçmaq...
Ucsuz-bucaqsız səmadan
Bu riyakar dünyaya baxmaq
İstəyirəm...
Gülümsəyirəm,
Həyatın acısına,
Ağına, qarasına...
Mən, hər kəs deyiləm...
28 fevral 2017