Mən korun yuxusuyam
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 03:31 09 noyabr 2013 tarixində əlavə olunmuşdur

   Mən korun yuxusuyam.Gördüyüm ağ işıqdır.Yazıq kor da, mən də hər dəfə məndə bu halı görəndə elə bilirik ki,göylər bizə ağ işıq göndərib.Əzrayil də ağ qiyafədə təşrif edib.Fikirləşib ki,kordu.Hec olmasa indi sevinsin.Yox,mən şizofrenəm.Özümü aldadıram.Bilirəm,ki o görmədiyinə görə beləyəm.
  Bu bədbəxt kor  yuxu gördüyü günün hər səhəri yuxusunu,yəni məni  qoca anasına danışır.O da deyir : bala, gözün açılacaq.
  Kor da...heç nə!Yazıq  qız kibrit cöpü boyda bir ümid yanır içində ,sonra,qəlbi daha tuta bilmir kibriti ve kibrit  sönür…
   Bəzən kor qız yalan danışır anasına. Sözlərdən mənim şəklimi çəkir. Deyir yuxumda gördüm ki,belə yaşıl meşə var,mən orda lap uzaqdan sürətlə mənə tərəf capan atı görürəm.
   Tez anasının gözləri dolur və deyir :”Qızım, at muraddı.Bu bir nişandı,gözün açılacaq”.
   Ancaq sənə etiraf edim ki,bu qız gözünün  açılmasını hec istəmir.Öz-özünə həmişə deyir ki,görmək istəmədiklərim çoxdu.Yaxşı ki,koram.Indi qaranlığım məni hec də narahat etmir.Mənim uğrunda hər Günəşin doğuşu və  batışında dua etdiyim inancım var.Gözüm açılacaq.Ancaq mən hələ dünyaya bir korun nələr edə biləcəyini göstərməliyəm.Sonra gözüm açılacaq.Mən korluğuma baxmayaraq mənəm.

   O,yəni, kor- əsil qəhrəmandır.Bu halıyla belə..O sizin türk filmlərində gördüyünüz çiçəksatan,sonda mutlu-mesut olan kor qızlara heç bənzəmir.Bənzəmək də istəmir.Bəlkə də nə vaxtsa o da dəyişdi.Ancaq indi o sadəcə həsədlə baxa biləcəyin bir insandır.
   Bu kor neynəyib ki,belə həsəd aparılası birinə çevrilib ?!
   Gözəl,heyranedici rəsm əsərləri var.Sərgidə onu görənlərin çoxusu bunu bilmirlər.Onun korluğunu  bilmirlər. Ancaq elə ki,yanlarında dayanan başqa birisi bunu elan edir,onda söhbət dəyişir...Həmsöhbətlərdən biri başlayır: "Sən,Allah.Gör ey,mən hec hiss etmədim.Yazıq…Görən niyə? Özü də,gözəl- göyçək qızdı."
   Beləcə rəsimlər unudulur.Mövzu korluq olur.
   Qız ilk dəfə bu sözləri eşidəndə yaman pis olmuşdu.Ağlamaq istəyirdi.Ancaq nə oldusa fikrini dəyişdi.Və onda qız min illik bir həqiqəti öyrəndi:Ətrafındakılar,ancaq sən istədiyin,onlara əhəmiyyət verdiyin vaxt mövcud olur.Ancaq sən görmək ve hiss etmək istəyəndə..O gündən də,korluğunu heç vecinə almır.Bilir ki,gözləri də açılacaq.Ancaq onda da korluğun bu hədiyyəsini özündə bərk-bərk saxlayacaq.
  Hə,mən korun yuxusuyam.Bu da məni görən kor.Gərək,gözləri açılanadək ona çox qonaq gedim..Bu yaxınlarda əməliyyat olacaq.O vaxtadək  bacardığım qədər çox gələcəyəm...


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.02 saniye