Mən, Mark və Məntiq
Susqun tərəfindən "Elmi məqalə" bolməsinə 01:01 20 iyun 2015 tarixində əlavə olunmuşdur

Təxminən keçən il olardı. Mark Tvenin məşhur bir yazısını oxudum. "Məntiq haqqda" bir yazı. Çoxumuzun oxuduğu bir şeydir. Adam sonda özü özünün babası olur. Gülməli və düşündürücüdür.

Deməli. Tvenin yazısına əsasən.

Mənim 27 yaşım var və 44 yaşlı dul bir qadınla evləndim. Qadının da 25 yaşında bir qızı var. Atam isə bu qızla evləndi. Beləliklə atam, arvadımın qızı ilə evləndiyi üçün kürəkənim olmuş oldu. Bundan başqa qızım da atamla evləndiyi üçün ögey anam oldu. Arvadımın və mənim keçən il bir oğlumuz oldu. Oğlum atamın arvadının qardaşı oldu, eyni zamanda atamın da qaynı. Bir də ögey anamın qardaşı olduğu üçün dayı oldu. Sizin başa düşəcəyiniz, mənim oğlum mənim dayım oldu. İlin axırında atamın bir oğlu oldu. O atamın oğlu olduğu üçün mənim də qardaşımdır, həm də qızımın oğlu olduğu üçün də nəvəm. Yəni mən nəvəmin qardaşıyam. Bundan əlavə, bir ananın övladı atasının əri olduğuna görə mən də arvadımın qızının atasıyam və qızımın oğlunun qardaşıyam. 
Və sonda...

Həyat yoldaşım analığımın anası olduğu üçün mənim nənəm sayıldı. Mən də atamın atası oldum. Sonunda özümün babası oldum.

Bu gün yenidən qarşıma çıxdı bu yazı. Çoxdandı "zaman" və "məkan" anlayışlarını beynimdə öldürmək üçün və 12-ci ölçüyə keçid məsələlərini də həmçinin.

İndi isə Mark Tvenin bu qohumluq məntiqini və zaman-məkan anlayışlarını qarışdıraq. Ən çətin paradoksu əldə etmək üçün. Ancaq daha öncə "zaman-məkan" haqqda sadə paradoks yazım.

Təsəvvür eliyin ki, bir nəfərdir. Qadın. Doğum etməlidir. Edir də. 2 nəfər əkiz uşağı olur. Biologiya və Anatomiyaya görə ən azı xırda zaman fərqləri ilə əkizlərin doğuşu gerçəkləşir. Yəni ki, anlayacağınız bu əkizlər heç vaxt bir-biri ilə eyni anda doğula bilməz. Özümün tərtib etdiyi bir məntiqi məsələ var. Daha doğrusu paradoks. Ya da necə adlandırırsızsa. Təsəvvür eliyin ki, uşaqlar gəlib deyir ki, ikimiz də eyni anda doğulmuşuq. Nə o məndən böyükdür, nə də mən ondan. Anası da eyni şeyi deyir. Ancaq elmi olaraq və qadının anatomik quruluşuna görə bu imkansızdır. Keçək izaha. 

Qadın təyyarədə doğuş edir. Təyyarə isə Yer kürəsinin öz ətrafında hərəkətinin istiqamətinin əksilə hərəkət edir. Tutaq ki, əkizlər arasında 15 dəqiqə fərq var. Əkizlərdən birincisi 19 iyun 19:19-da doğulur. Təyyarə Yer kürəsinin istiqamətinin sürətilə ancaq əks istiqamətdə hərəkət edir. 1 dərəcəlik meridianı qət edir. Bir dərəcəni qət edəndən sonra yerli vaxtla saat yenə də 19:19-dur. Qadın ikinci əkizi doğur. Beləcə riyazi dəqiqlik nəzərə alınarsa uşaqların hər ikisi "eyni anda" doğulur. Əlbəttə beyində canlandırılması çətindir.

Başqa bir üsul. Körpələrdən hər ikisi bir-birindən böyükdür. Bu necə olur? Yenə birinci uşaq doğulur. İkincisi ondan 30 dəqiqə sonra doğulur. Ancaq dekret vaxtına əsasən yerli vaxt 1 saat arxaya çəkilir. Beləcə hər iki uşaq bir-birlərindən həm 30 dəqiqə böyük, həm də 30 dəqiqə kiçik olur.

Bu vəziyyəti 1 saatla əvəz edib yenə körpələri "eyni anda" doğulmuş kimi təsəvvür edə bilərik.

Keçək əsas paradoksa. Bütün bu paradoksları qarışdırıb içində "azaq". PS: Beyninizin intellekt göstəricisi 125-dən aşağıdırsa burdan sonranı oxumayın.

Mənim 27 yaşım var və 44 yaşlı dul bir qadınla evləndim. Qadının da 25 yaşında bir qızı var. Atam isə bu qızla evləndi. Beləliklə atam, arvadımın qızı ilə evləndiyi üçün kürəkənim olmuş oldu. Bundan başqa qızım da atamla evləndiyi üçün ögey anam oldu. Arvadımın və mənim keçən il əkiz oğlanlarımız oldu. Birinci oğlumuz olandan 30 dəqiqə sonra ikinci oğlumuz oldu. Ancaq iş elə gətirdi ki, dekret vaxtına düşdü, hər iki oğlum bir-birindən 30 dəqiqə böyük oldu. Gün o gün, hər ikisi də "mən böyüyəm" deyə-deyə böyüdülər. Oğlanlarım atamın arvadlarının qardaşları oldu. Həmçinin də atamın qayınları oldu. Bir də ögey anamın qardaşları olduğu üçün əkiz oğlanlarım mənim əkiz dayılarım oldu. Özü də ikisi də bir-birindən böyük. ilin axırında da atamın iki əkiz uşağı oldu. Biri qız, biri oğlan. Tərslikdən təyyarədə oldu. Təyyarə ilə qərbə doğru getdiklərindən və də aralarında 15 dəqiqəlik fərq olduğundan hər iki uşaq "eyni anda"  doğuldu. Yəni ki, nəvələrim olan bu əkiz bacı-qardaşın bir qardaşları da mən oldum. Hə bir də ki,  bir ananın övladı atasının əri olduğuna görə mən də arvadımın qızının atasıyam və qızımın oğlunun qardaşıyam.  İndi əgər mənim oğlanlarımdan biri atamın qızı ilə evlənsə gələcəkdə olacaq uşaq həm atamın həm də mənim nəvəm olacaq. Atamın kürəkəni mənim oğlum olacaq. Mənim gəlnim bacım olacaq.  Əgər Atam və mən öləndən sonra atamın oğlu mənim arvadımla evlənsə atamın gəlni yenə gəlni olacaq. Analığım isə  gəlnim olacaq. Əgər bu cütlüklərdən uşaqlar olsa  Atamın oğlu ilə mənim arvadımdan olan uşaq atamın nəvəsi, mənim oğlumla analığımın uşağı isə  mənim nəvəm olacaq. Ancaq mənim nəvəmin nənəsi həm qayınanası həm də anası olacaq. Atamın nəvəsinin isə  anası həm də arvadının anası olacaq.

Bu qeydlərimi oxuyandan sonra evlənməməyi qərara aldım. :) 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+38=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0255 saniye