
Mən nə biləydim ki,bu məhəbbətin 
 Bitəcək nə vaxtsa  günün birində. 
 Mən nə bileydim ki, bir gün həsrətin 
 Acısın çəkəcəm doğma elimdə. 
 Mən nə biləydimki,uzaq olan kəs 
 Sinəmə dağ cəkib,dağ yaradacaq, 
 Mən nə biləydim ki,bir vaxt filankəs 
 Dediyim  o adam qəlbim alaçaq. 
 Mən nə biləydim ki,olaram məhkum, 
 Bir baxış önündə ömürlük heyran. 
 Mən nə biləydim ki, sevgisiylə mum 
 Olaraq aləmə edərəm üsyan. 
 Mən nə biləydim ki,mənliyimi sən 
 Alıb özlüyündə saxlayacaqsan. 
 Mən nə biləydim ki,hardan gəlmisən, 
 Gəlib ürəyimdə dayanacaqsan .
Mən nə  bileydim ki,bu eşqin odu 
 Yandırıb yaxacaq qəlbimi bir gün. 
 Mən nə biləydim ki,bir gün Seymuru 
 Edəcək büsbütün eşqinə sürgün.
***
 MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV