Mən nə karəyəm
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 10:37 22 noyabr 2015 tarixində əlavə olunmuşdur

Sözünü bilməyən, ey bəşər oğlu,

Baxıram üzünə yazığım gəlir.

Ağzından çıxanı qulağın duymur,

Yarımçıq sözünə yazığım gəlir.

 

Gözünü tutubdur bir parça kağız,

Böyüyün - kiçiyin bilmirsən yerin.

Bilmirəm nə deyim qarğış olmasın,

Olmusan əsiri bədxahın, şərin.

 

Şeytan da axtarıb tapıbdır səni,

Bu qədər insanın, varın içindən.

Həyanı, abırı Tanrı verəndə,

Sıyrılıb çıxmısan arın içindən.

 

Mənim təsəllim var, səbr eyləməkdir,

Allahım səbr edir, mən nə karəyəm?

Sirkənin tündlüyü qabına ziyan,

Zəmanə cəbr edir, mən nə karəyəm.


... dəfə oxunub
Qiymət: 10/10(929 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0231 saniye