Mən nəyə (NİYƏ) inanıram?
Xəyal Mahmudlu tərəfindən "Digər yazılar" bolməsinə 20:23 16 mart 2014 tarixində əlavə olunmuşdur

Yazıma Whoopi Goldberg-in bu fikri ilə başlamaq istəyirəm: "Cəhalətlə dahilik arasındakı gerçək fərq nədir bilirsinizmi? Dahiliyin sərhədləri var cəhalətinsə heç bir sərhədi yoxdur."

Bilmirəm siz fikir vermisiniz ya yox, get-gedə dinsiz, deist, sadist və s. ideologiyaları qəbul edən gənclərin sayı artır.Və bir az da yaxından izləsək görərik ki, həmin gənclər heç də savadsız falan deyil.Bir çoxu da ali təhsillidir.Hətta tamamı deyərdim.Bəziləri facebookdakı səhifələri ilə insanları islamın heç də doğru din olmaması, islamda cahillik və s. barəsində məlumatlandırmağa çalışır.Bir digərləri dinin boş-mənasız olmasını aşılayır.Mən özüm də gəncəm, müsəlmanam.İslam dinindən bu vaxta qədər heç bir zərər görməmişəm, əksinə bəzən məni səhv hərəkət etməkdən qoruyub.Fəlsəfəylə, müxtəlif elmlərlə maraqlanıram.Həmin yuxarıda qeyd etdiyim gənclərin mübarizələrinə müəyyən mənada haqq qazandırıram.İslamı artıq müxtəlif dövlətlər, müxtəlif məzhəblər ürəkbulandıran fikirləriylə çirkinləşdiriblər və çirkinləşdirməkdədirlər.Amma belə bir şey də var, niyə də mən öz dinimdəki gözəllikləri görməzdən gəlim və o cahil düşüncəlilərə uyum?!.Hə, bir ara mən də islamdan uzaqlaşmışdım, beynimdə bir çox suallar dolaşırdı.Qandi, Şopenhauer, Aynştayn, Nitsşe, Volter kimi şəxsiyyətlərin kitablaını oxumuşam, oxuyuram yenə də.Hansı ki, onların heç biri müsəlman deyil və heç də din sevgisi aşılamırlar.Onlardan öyrəndiyim bu oldu ki, din və elm bəzi məqamlarda bir-birini başa düşməli, bir-birinin işinə qarışmamalıdır.Din inancdır, hansı ki, həqiqəti miflər, rəvayətlər yoluyla başa salmağa çalışır, insanı pis əməllərdən uzaq durmağa çağırır.Elm araşdırır, səbəb-nəticə əlaqəsi ilə faktları təqdim edir.Fəlsəfə isə düşüncə yoluyla insanı həqiqətə aparır, amma iş burasındadır ki, fəlsəfə və elmi hər kəs anlaya bilmir.Buna görə də alternativ -dindir.İslamı mənə beş qat artıran isə heç də islam alimi, yaxud hansısa molla olmadı, Tolstoy oldu.Onun "Etiraf" əsəri insana kifayət qədər hər şeyin heç də düşündüyü kimi inancsız alına bilməyəcəyini öyrədir.

Bu yazımı isə heç də ona görə yazmadım ki, ateistlər (həmçinin digərləri) mütləq müsəlman olmalıdır.Ona görə yazdım ki, müsəlmanlar və əks tərəf bir-birini anlamağa çalışmalıdır.Heç də bir-birini təhqir edərək, söhbətə çağıraraq, nömrə verərək bir şey əldə etmək olmaz.İlk öncə savadlanmalıyıq, bilik sahibi olmalıyıq, cahilliyə qarşı çıxmalıyıq.Hörmətlə, Xəyal Mahmudlu (Eradus). Blogger zaman: 09:40  


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+20=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0361 saniye