MƏN ONDA ALDANMIŞAM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:55 23 iyun 2017 tarixində əlavə olunmuşdur



O qədər mənliklərlə "mənəm - mənəm" deyəndə,
Vəfasıza könlümü düşünmədən verəndə,
Həqiqət aynasında mən özümü görəndə 
Anladım ki,yatmışam-
Mən onda aldanmışam.

Müzakirə edirəm- ürək, xəyal- belə mən,
Keçmişim gələcəklə qarışaraq olub tən. 
Sual verdim həyata: günahkar Sən yoxsa Mən? 
Gör, necə uyumuşam-
Mən onda aldanmışam.


Saxtakara  inanıb  bölüb dərdi sərimi,
Riyakara dost deyib uzadanda əlimi. 
Nadanla bir  əyləşib acı həqiqətimi
Yeyib şəkər sanmışam-
Mən onda aldanmışam.

Zaman öz axarıyla aparıb yelə məni,
Yağdırıb yağmur kimi saçlarıma ağ dəni. 
Məhbus oldum özümə canan sananda səni, 
Ömürlük iş almışam-
Mən onda aldanmışam.

Doğrudan da dünyaya hər gələn baxıb gedir, 
Kimi dünya malıyçün dondan -donlara girir. 
Qismət, hələ ki həyat beləcə davam edir, 
Kino bilib baxmışam-
Mən onda aldanmışam.

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

23.06.2017


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0364 saniye