Mən özümə son qoyuram...
Yusif Xalilov tərəfindən "Digər yazılar" bolməsinə 23:50 30 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Salam...Salam mənim gəncliyimi məndən alan.

Salam. Hərdən yada salan.

Salam, məndən gülüş alıb kədər verən.

Sənə görə bütün ömrü hədər verən, bir insanı atıb getdin.

Xəyalları alt üst edib, bir-birinə qatıb getdin...

Niyə getdin? -bilinmədin,

Beynimdən silsəm də səni, ürəyimdən silinmədin.

Elə getdin-birdəfəlik gözlərimə görünmədin.

Gedişinlə çox şeyi sən məndən alıb aparmısan,

Ən azından ürəyimi qoparmısan.

O urək ki, sənin üçün döyünürdü,

Sənin eşqin öyünürdü

Ondan ötrü döyünən bir ürək də var.

Ama indi duam da var, dilək də var.

Ürəyimi məndən alıb çıxıb gedən,

Gedişiylə bir ömürü yıxıb gedən -O gözəli mənə qaytar.

Heç ürəyi istəmirəm,

O toxunuş, həmin əli mənə qaytar.

Sevgi ile parıldayan o gözləri mənə qaytar.

"-Səni səndə tapdım deyə sevdim səni, Bax heç vaxt unutma məni"-

Eşitdiyim bu sözləri mənə qaytar.

Qədrini heç bilməmişəm.

Sən gedəndən gülməmişəm heç ürəkdən.

Yenə deyib bu diləkdən,

Bir günümə son qoyuram.

Bu işgəncə, bu əzabla,

Mən özümə son qoyuram...


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+26=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0287 saniye