Mən payızın ikinci adıyam
Azər Şamxalov tərəfindən "Şeir" bolməsinə 14:41 28 yanvar 2015 tarixində əlavə olunmuşdur

Mən payızın ikinci adıyam
Sönmüş odum,yenə közərdi
Payızın dözdüyünə, bahar çətin dözərdi
Sən baharın ikinci adısan
Bahar gəlsin bahar daha gözəldi

      ***

Mən payızın ikinci adıyam
Özümdən düşən yarpaqlar
Məni incidər,ətrafı bəzərdi
Dərddən doymur,dərd yeyir bu torpaqlar
Ayaq basma qüruruma,qürurum xəzəldi
Haqqlısan bəlkə də.
Mən bahar olsam
Mən də payızı əzərdim

      ***

Mən payızın ikinci adıyam
içim çox doludu nədənsə
Birazdan yəqin yağaram
yerimi boş qoya bilmirəm
yoxsa burda boylanıb,bahara baxaram
Mən payızam laləzar yoxdu
Sən gəl saçına xəzəllər taxaram

      ***

Mən payızın ikinci adıyam
Mən ömrün,kədər vaxtıyam
Mən payızam,mən ömrün qara baxtıyam
Mən saralmışam,mən gərək qara bağlıyam

      ***

Mən payızın ikinci adıyam
Qarğışa layiq adamın heç vaxt tutmaz qarğışı
Payızın ikinci adı olmağıma səbəb - son baxışın
Baharımı yaşıyırdım ölmüşdü
Əsmər,sarışın
İndi payızın ikinci adıyam
Qorxuram ikinci adı olam - Qışın.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+5=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0302 saniye