Mən qəribə qadınam!
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:45 20 fevral 2018 tarixində əlavə olunmuşdur

Mən bir az qəribə qadınam
Bir az qayğıya möhtac uşaq kimiyəm,
Bəzən evcilik belə oynaya bilərəm.
Bir az sıxıcıyam,
Məsələn, şeirləri sevərəm, 
Misralara aşiq olaram.
Deyirlər, ədəbiyyat sevən qadınlar sıxıcı olur,
Bunu diş həkimim demişdi.
Ona, duyğulu insanların sıxıcı görünməsi onların deyil,
Emosialardan kasad adamların çoxluğundan qaynaqlanır deyə bilmədim.
Bilirsən, əslində bir az da dəli-doluyam.
Şəkər pambığı, şokoladlı keksi daha böyük şeylərə dəyişə bilmərəm.
Bulvara ancaq qağayılara simit atmaq üçün gedərəm.
Dedim də, bir az qəribə qadınam.
Qadın dedim də, yadıma düşdü.
Bilirsən, burda qadın olmaq da çətindi.
Himayə adı altında əzərlər səni.
Məsələn, bir kişini sevdiyini deyə bilməzsən.
Diri-diri öldürərlər səni.
Ən yaxşı halda adın "yüngül əxlaqlı"ya çıxar.
Hə, deyirdim axı
Mən qəribə qadınam.
Anidən ağlayaram,
göz yaşımla gülüşüm gizlənqaç oynayar.
Özlədiyimdə hirsimi səndən çıxaram.
Niyə özünü özlədirsən deyə küsərəm,
Məsələn, könlümü ağ şokoladla ala bilərsən.
Bax, bu da sənə bir yaxşılığım oldu.
Məsələn, yağmurda islanmağı sevərəm,
Yağdımı evdən bayıra çıxar, saatlarla gəzərəm yağmurun altında,
Çətirsiz həm də…
qorunmasız…
Bir mahnıdan kövrələrəm,
Bir şeiri yaşayar,
bir filmdə canlanan obraz olaram.
Darıxdımmı, pəncərəni açar,
əllərimi havaya qaldırıb gözlərimi yumaram.
Mən qəribə qadınam.
İçimdə bir uşaq gizlənib,
Böyüməyəcək olan o kiçik qızı da sevməlisən,
Məni sevmək üçün şeiri sevməlisən,
Duyğuları, hissləri sevməlisən.
Bilirsən, elə qəribəyəm ki…
Bəzən bir siqaret yandırıb saatlarla danışmaram,
Susaram.
Siqaretin külündə bir adam cızaram,
Bəlkə də dünyalı olmayan bir adam.
Mən qəribə qadınam,
Bir azca qəribə.
Məsələn, kofe qoxusundan sonra pozitivliyə köklənərəm.
Sırf kofe içmək üçün
Bir günümü dostuma hədiyyə edərəm.
Bax, adam, mən qəribə qadınam.
Bunlar məni mutlu edən şeylər…
Ya sən?
Sən nə edərsən məni mutlu etmək üçün?

 

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+3=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0312 saniye